Dostları çevirdim astar üzünə... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1138 | 2024-10-29 15:40

Uzun illər keçsə  də onun kədərli baxışları, narahat  ürəyi,  çöhrəsindəki  həyəcan bu gün də  gözümün önündədir və yadımdan çıxmır. Yadımdan çıxmayan həm də az- az adamda  olan səmimiyyəti idi.Ən qəribəsi o idi ki,  qəlbinə dəysən də səndən heç vaxt inciməz, küsməzdi. Çünki onun ürəyində kin- küdurət, xəbislik  ola bilməzdi. Əksinə, onun qəlbi, ürəyi sevgilər, məhəbbətlə doluydu...      

 Və onun haqqında keçmiş zamanda danısmaq olmur. Bilirsiniz, niyə?! Çünki o, hər gün , hər həftə, hər ay xatırlanır. Oxucularımızın ürəyini lap üzdük ey! Haqqında söhbət açdığımız ziyalı, yazıçı-publisist, jurnalist Surxay Əlibəylidir.  O Surxay ki, ömrünün sonuna kimə sözə, qələm və tutduğu yola sədaqəti oldu və heç vaxt heç kimə əyilmədi.  Surxay qardaşımızın axır və əvvəl sözü də Qarabağ, Ağdam idi. İnandırım sizi ki, əgər o, Ağdamın azad olunmasını görəsəydi,  torpağa öpə-öpə, iməkliyə- iməkliyə-  evlərinə qədər gedərdi və axırda torpağı qucaqlayıb hönkür- hönkür ağlayardı. Amma o, Qarabağı, Ağdamı geri qaytaracağımız günə inanırdı. İnanmasaydı, Qarabağla, Ağdamla bağlı yüzlərlə məqalə  qələmə almazdı. Onun bir- birindən  gözəl bədii- publisist yazılari,  unikal kitabları onu deməyə əsas verir ki, Surxay Əlibəyli sağdır və bizim aramızdadır.Onun müxtəlif janrlı yazılarını bir nəfəsə oxumuşam.Soruşa bilərsiniz ki, necə? Çox sadə! Çünki qardaşım Surxayın  bal  kimi şirin dili   vardı. Üstəlik də  bu dilə Qarabağın şirin ləhçəsini, duzunu, istiotunu, zəncəfilini qatmışdı və eləmişdi bal...      

Surxay Əlibəyli neçə illərdir ki, haqq dünyasına qovuşub.Və hər il noyabrın 5- i onun  Allahın dərgahına üz və getdiyi gündür. Başqalarıni  deyə ki bilmərəm, amma mənim yadımdan heç vaxt çıxmayıb. Ən azından hər gün " Quran" oxuyanda onun da ruhuna dualar edirəm.        

Onun dostları hamıdan çox olub. Və həmişə də  bir tikə çörəyini o, dostlarla bölüşüb.Adlarını çəkə  bilərəm, amma çəkmirəm. Və bu gün həmin dostların bəziləri onu unudub, ancaq sədaqətli dostları Surxayı  yaddan çıxarmayıb.  Ramiz Rövşən dili ilə demiş olsaq:"... Dostları çevirdim astar  üzünə, Nə yaxş ki,   düşmən çıxan olmadı...".  Surxay  Əlibəylinin  ən çox sevdiyi  şairlərdən  biri Ramiz Rövşəndir!        

Çünki Surxay   Ramizin yaradıcılığın  əzbər  bilirdi . Və ən çox sevdiyi şeirlərdən  biri də   " Qara paltarlı  qadın"dır:"...Yeri, yeri , qara paltarlı qadın, Kiri, kiri qara paltarlı qadın. Bu qəbir də  min qəbirdən  biridi, baş daşımı , bəsdi basdın  bağrına, Bütün  mənə ağlayanlar  kiridi,  sən  də kiri , qəbrim  damır, ağlama..."

TƏQVİM / ARXİV