Arada Rusiyanın 200 milyard dolları batdı...
Venesuelanın paytaxtı Karakasda, prezident səlayihətlərini yerinə yetirən vitse-prezident Delsi Rodriqes, atəş səsləri, dron zərbələri fonunda and içmə mərasimi keçirib.
" Mən ürək ağrısıyla bildirirəm ki, iki qəhrəmanımız Birləşmiş Ştatlarda girov kimi saxlanılır. Mən həmçinin şərəflə bütün venesuelalıların adından and içirəm"- deyə Rodriqes bəyan edib.
Qeyd olunur ki, ABŞ prezedenti Donald Tramp hazırki şəraitdə ölkədə prezident seçkilərinin keçirilməsinin mümkün olmadığını bəyan edib.ABŞ prezidenti eyni zamanda bəyan edib ki, Birləşmiş Ştatlar Venesuela ilə müharibə şəraitində deyil, Karakasdakı atəşlə heç bir əlaqələri yoxdur.
" Biz narkotik satan adamlarla müharibə aparırıq"- deyə Tramp NBC News-ə müsahibəsində bildirib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, neft şirkətləri Venesuelanın neft infrastrukturlarının bərpa olunmasına çoxlu vəsait xərcləməli olacaqlar. " Biz sonra çəkilən xərcləri əldə olunan qazanclar və ya bsşqa mənbələr hesabına qaytaracağıq.
Donald Tramp əlavə edib ki, "əvvəlcə Venesuelada qayda-qanun yaradacağıq, sonra prezident seçkiləri keçirəcəyik".
ABŞ prezidenti Venesuelada keçirdiyi 2 saat 20 dəqiqəlik hərbi əməliyyatla Rusiya iqtisaditatına və prezidenti Vladimir Putinə
ağır zərbə endirmiş oldu. Belə ki, Rusiya yaxın müttıfiqi saydlğı Nikolas Maduroya görə, son illər ərzində Venesuelaya 200 miyard dollardan çox vəsait yatırıb. Yəni, Maduronun həbs edilib ABŞ-a aparılmasından sonra, üzücü Ukrayna müharibəsi ucbatından iqtisadiyatı iflic vəziyyətinə düşməyə başlayan Rusiya üçün, faktiki olaraq həmin vəsaiti itirilmiş hesab etmək olar.


Bakı -°C
