adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

“Rəqqasə”nin anası - Kəmalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
65614 | 2019-04-11 15:31

"O qızdöyüşə könüllü yollanmışdı. Bütün günü qanlı yaralarla oynayırdı, gəncliyinin əngözəl çağları mərmilərin gurultusu altında keçirdi. İncə ayaqları əsgərbotinkalarında qabar – qabar olmuşdu,zərif çiyinləri avtomatın ağırlığından döyənəkolmuşdu. 

Çox sonralar təsadüfdən sağ qaldığına heyslənmişdi. Atılan mərmilərdənbiri yaxınlığına düşmüşdü, beyni silkələnən qızı hospitala aparmışdılar. Sağqalmasına sevinə bilməmişdi. On yeddi yaşında həyatın hər üzünü görmüş buqızcığaza həyatı necə sevdirmək olardı? Müharibədən sağ çıxan qız dinc həyatdaözünü, ruhunu qoruya bilmədi. Siz bu qızı müxtəlif situasiyalarda görəcəksiniz– dindar kimi, fahişə kimi, rəqqasə kimi...”Mən də o qızı gördüm. Bir- neçə ilöncə tanış oldum onunla. Və o vaxtdan da onun haqda yazmaq, danışmaq istəyirdim,çünki onubəyəndim, onun bütün acılarını,ağrılarını huss etdim. Qarşımda gəncbir qadın dayandı:”O hıçqırıb gözlərini yumdu, kipriklərini aralayanda elə bilgözlərini suya salıb çıxarmışdılar”. Mən o yaş gözləri gördüm. Onu sevilməyəlayiq bilməyən, fahişə kimi baxanların ucbatından həmişə yaş olan gözləri – o nəmliömrü gördüm. Mənsə ona fahişə kimi baxmadım. Son illərdə müəllifin cavan olduğuo saat hiss olunan nəsr əsərlərinin əksərinin qadın qəhrəmanları pozğundu. Qadınlarhaqda pozğun,qancıq,fahişəkimi ifadələr eşidəndə,hər hansı bir yazıda, hekayədə,romanda rastlayanda düşünürəm: qadın niyə, nə vaxt fahişə olub və olur? Fahişəkimdir? "Rəqqasə”ylə tanış olanda da bu haqda düşündüm."Tanrı ona hər şeyi səxavətləvermişdi. Bir az da bəxt versəydi nə olardı ki?” fikri də düşüncəmə ilişdi. Nədənsə,"Şantaklerin kraliçası”filminixatırladım. Şantekler teatrının kraliçası gözəl və istedadlı Çaritodur.Rolunifaçısı 15 yaşında İspaniyada gözəllik və istedad yarışmasının qalibi olmuş məşhuraktrisa və müğənniSara Montieldir.Tanrı ona da hər şeyi səxavətlə verib. Həttasevən, xoşbəxtlik üçün döyünən ürək də verib.Çaritogözəldi, cəlbedicidir, həm dəciddidi.Sevgi və sevdiyi adamdan sədaqət istəyir.Gözlərini Çaritodan çəkə bilməyənşorgöz,ağzıaçıq mənasız ərlərin yanındakı qadınlar üçünsə o yüngüləxlaqlıdır.Çaritonun diqqətini çəkməyə çalışan, onun qarşısında əzilib – büzülən kişilərinqolundan bərk – bərk yapışanqadınlar üçün bu kişilər yox, məhzistedadından zövqaldıqları, gözəlliyinə həsəd apardıqları qadın əxlaqsızdı.Amma Çarito da xoşbəxtolmaq istəyir. 

Bir cavan oğlanmüğənni olduğunu bilmədən onu sevir; qadın kimi,ağıllı və gözəl olduğu üçün,səmimi olduğu üçün sevir.Filmin sonu isə çox acıbir həqiqəti bizə anlatmağa çalışır. Qızın müğənni olduğunu öyrənən oğlanındünyası alt- üst olur.Çarəsizcə sahilə gedir. Fırtınalı dənizlə üz-üzə dayanır.Dalğalar sahilə çırpılır. Onun arxasınca qaçan Çarito cavanın – axtardığısevginin, xoşbəxtliyinin ləpələr arasında qeyb olduğunu görür və geriyə - istəmədiyihəyatla barışığa qayıdır.Bu qədər qəddarcasına yəni.Dünya ədəbiyyatında, müxtəliffilmlərdə fahişə obrazları minlərlədi.Amma bilmirəm qadına ilk dəfə bunu kimdeyib: qadının özümü, ya əks cinsmi.Məncə elə özü.Yəni qadının özünəinamsızlığı onu FAHİŞƏ edib. Zəif qadınlar, həyatının mənasını insanikimliyinin fərqinə varmadan yanında olan kişidə görən, gözoxşayan qadınlara şəhvətmənbəyi kimi baxan kişilərinin fahişəliyini qadına "fahişə” deməklə ört –basdır etməyə çalışıblar. Bu qadınlarıpozğun kimi görüblər. Kişilər bunu biləndən,anlayandansonra başlayıb hər şey.Və yüz illərdi qadın özü uğrunda savaşır. İmkanlı kişilərinsevgilisi hökmən aşağılanır. Burda qadının sevgisi görünmür-yoxdur,ancaq dahayaxşı yaşamaq məqsədi var. Əslində bu da təbiidir. Bəs daha imkanlı qadınaxtaran, özünü qadına yükləyən, sevgi pərdəsi altda qadınını başqa kişilərəmöhtac qoyan kişilər? Hansı daha çox fahişədi?Təbiətində faişəlik olan, ya həyatınfahişə etdiyi qadınlar? Bəs Kənan Hacının"Rəqqasə”sikimdi? Arada sevildiyinə özünü inandıran, sevib-sevilmək, xoşbəxt olmaq istəyəngənc bir qadın. Əslində ömrünün xoşbəxt çağındadı bu qadın, çünki cavandı. Yaşadolanda qocalıq üzünə baxanda cavanlığın necə böyük xoşbəxtlik olduğunu anlayırsan. Xoşbəxt cavan olmaqsa, daha böyükxoşbəxtlikdi. Və hamı xoşbəxt olmaq üçün yaşayır. Başqa necə ola bilər? Kim bədbəxtolmaq üçün yaşayar ki?Bu qadın gəncliyində könüllü Qarabağa gedir, vətəniuğruna döyüşür. Başına gələcəklərdən, alacağı yaralardan xəbərsizcə əsgərlərinyaralarını sarıyır. Müharibədə bu qız bizim milli qürurumuzdu. Sonrasa milli bədbəxtliyimiz.Bizimbədbəxtlik və xoşbəxtlik anlamımız da milliləşib: "milli bədbəxtlik”, "millixoşbəxtlik” olub. 

Əgər ailə qurmamısansa,uşaq doğmamısansa, bədbəxtsən. Bakirə deyilsənsə, daha bədbəxtsən. Səninkimliyin, savadın, düşüncən, tutduğun mövqe, gördüyün işlər bu bədbəxtliyinkölgəsindədi həmişə. Könüllü olaraq cəbhəyə yollanan, ölümlə üzbəüz qalanyeniyetmə "Rəqqasə” də ermənilərin od vurduğu məsciddən "Quran”ı qurtarmağaçalışan əsgərlə birlikdə özünü atəşə atır. Bu ağır əməliyyatdan sonra bir-birinəqısılan gənclərin duyğuları oyanır. Axı onlar təkcə döyüşçü yox, həm dəinsandılar. Müharibə onun bakirəliyini də, onun bakirəliyinə sahiblənən igidi dəöldürür. Ölümlə arasındakı bir-neçə dəqiqəlik zamanda əsgər gələcək xoşbəxtliyinin,evlənəcəkləri günün xəyalını qurur. Müharibə Nabatın ilk sevgisini də əlindənalır. Nabat ölmür, amma "xatirələr yaddaşın dibinə çöksə də "unudulmur. Müharibədəölümünəlində olan qız demə daha xoşbəxt imiş. Çünki o öz bədbəxtliyi üçün sağqaldığını bilmir.Keçmiş döyüşçü, vətən qeyrəti çəkən gənc qız qeyrətsizliyin hədəfinəçevrilir. Onun sabahları müharibə dəhşətinin içində yaşadığı xoşbəxt anlarınqurbanı olur. Gecələrində"Ay daha qovun dilimi kimi şipşirin deyildi,zəqqumdanda acı dadırdı.” Bu aydan arı, sudan duru Nabatın"Rəqqasə” olduğu gecələrinayıydı. Bu Rəqqasənin aylı gecəsiydi. Bu bir kişinin namərdliyi üzündən bədbəxtdoğulan, amma yaşamağa çalışan Almazın "əxlaqsızlıq yuva”sına çevrilən evinədüşən, bir vaxt vətəni üçün, indisə həyat acılarıyla döyüşən Kənan Hacınınyaratdığı "Rəqqasə”nin gecəsiydi. Və o, bir gün sevdiyini, sevildiyini anladı. Nabatlatanış olan cavan anlayır ki,”Zil qara gözlərindən boylanan küsgün taleyinin bozkölgəsi canıma üşütmə saldı. Bu gözəlin bədəni şəhvət kotanıyla şırımlansa da içindəbir qapı vardı ki, o qapının dəstəyinə bir əl belə hələ toxunmamışdı”. Bir günköhnə qəzetlərin birində "Əsgər Nabat” adlı yazını oxuyan cavan Nabatı olduğukimi görə bilir. Onu yaşadığı həyatdan qurtarmağa cəhd edir. Nabatın sevilməyəlayiq olduğunu anlayır. İlk vaxtlar "Mən Nabatı Almazın cəngindən xilas etdiyimüçün özümü xoşbəxt sayırdım” düşünür. Amma onunla yeni həyat qurmağacəsarətetmir.”Şəhər gözü acışan göz kimi kirpik çalırdı”, "Bu dəfə içim yuxusuz gözkimi acışırdı”- içi acışan cavan qəti qərar verə bilmir. Amma başqasını da sevəbilmir: "Sanki o öz sevgisini mənim içimdə keşikçi qoyub getmişdi, heç kəsi sevəbilmirdim”. Belələri çoxdu.Kiməsə sevgisi içində keşikçi qala-qala başqasıylaevlənən çoxdur. 

Əslindəsevmədiyin qadından övladlar böyüdürsən-sevgisizlikböyüdürsən. Buna ailə deyirsən.Sevginisə kənarda axtarırsan. Özünə xəyanətedirsən.Ona görə də "hər şeyi şeytanın boynuna yükləməyək, insanın xislətindəxatakarlıq var”. O da qorxduğunu anlayır : "Qorxma biz birlikdə qocalmayacayıq”-deyirona Nabat. Həyatın zərbələrinə öyrəşən qız ona təsəlli də verir: "Doğulduğungündən öldüyün günəcən ayrılıq səni müşayət edirsə, bundan ötrü əzab çəkməyə dəyərmi?”Belə əzablı anlarda "evlər qozbellərin kürəyindəki dərd yükünə daha çox oxşayır(dı)”.Ağlınlaürəyin savaşda olur, xəyalların hardasa uçmur, hiss edirsən ki,” xəyallarqanadlarını yığıb içinə çəkilmişdi. O anda dünyanın qapısında bir qızdayanmışdı. Onu bilirəm ki, bu qapı çırpıldı”. Bu qapının səsini eşitmək üçün,həcmi böyük olmasa da reallığın acılığı, düşünməli olduğumuz həqiqətləri böyükolan"Rəqqasə”ni oxumaq lazımdır sadəcə. "Rəqqasə”ni tanımaq lazımdır. Çünki burəqassə fahişə deyildi: "göbəyini əsdirə-əsdirə taleyi ilə döyüşən”qadındı. Mənfahişə qadınlara, ya qadın faişələrə haqq qazandırmaq fikrindən çox – çoxuzağam. Sadəcə bilmədimKənanın fahişəsi kişidi,yoxsa qadın? Mənə elə gəldi ki,Kənan Hacı çox rahat dillə, ustalıqla bizi bir sual ətrafında düşündürür: fahişələrinanası kimdir”? Yoxsa"fahişələrin anası kişidir” demək istəyir. Bilmirəm bu nə qədərhəqiqətdir.Amma mən bu nəticəyə gəldim...

QADINKİMİ.com


TƏQVİM / ARXİV