Rusiya Federasiyası xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya rəhbərliyi hazırki realıqlar nəzərə alınmaqla, Ukrayna münaqişənin həllini istəyən istənilən qüvvələrlə birgə hərəkət etməyə hazırdır.
Diplomat, Vatikanın dövlət katibi Petro Parolinin Ukraynaya səfərini şəhr edərkən bildirib ki, dövlət katibinin bəyənatı Vatikanın vasitəçilik xəttini tutmasını göstərir.
"Vatikanlla dialoq davam edir. Bizim ölkəmiz məlum olan hazırki reallıqda Rusiyanın maraqları nəzərə alınmaqla, məsələnin sülh yolu ilə həllinə çalışan qüvvələrlə qarşılıqlı hərəkət etməyə hazırdır"- deyə xanım Zaxarova bildirib.
Xarici siyasət idarəsinin rəsmi nümayəndəsi ümid edir ki, Kiyev Parolininin "Rusiya tərəfinin maraqları nəzərə alınmalıdır" sözlərini eşidib.
Sözdə həm Rusiya, həm də Ukrayna münaqişənin sülh yolu ilə həllinə hazır olduqlarını dəfələrlə bəyan ediblər. Lakin, hər iki tərəf danışıqlara başlamaq üçün elə şərtlər irəli sürürlər ki, əslində bu sülh danışıqlarından daha çox müharibəyə davam çağrışları kimi səslənir.
Zaxarova, "hazırki reallıqda Rusiyanın maraqları nəzərə alınmalıdır" dedikdə, Krımda daxil olmaqla Rusiyanın bu günədək işğal etdiyi ərazilərin Rusiyanın əraziləri kimi tanlnmasını və Ukraynanın NATO-dan imtina etməsini nəzərdə tutur. Ukrayna tərəfi buna razı ola bilərmi?
Rəsmi Kiyev isə, danışıqlara başlanması üçün Rusiyanın hərbi qüvvələrinin, Krım da daxil olmaqla Ukrayna ərazilərindən çıxarılması şərtlərini irəli sürür. Kremlin bu şərtləri qəbul edəcəyi absurd görünür.
Rusiya artıq işğal etdiyi Ukrayna ərazilərini rəsmi olaraq öz ərazilərinə birləşdirib və faktiki olaraq kompromis variantın əldə olunmasına yer qoymayıb. Ukraynanın isə hələ ki, sonu görünməyın müharibəni davam etdirməkdən başqa çarəsi görünmür.