NATO-nun baş katibi Mark Rütte İstanbulda Rusiya-Ukrayna danışıqlarında Moskvanın göndərdiyi heyətin tərkibindən narazıdır.
Adalet.az "İnterfaks"a istinadən xəbər verir ki, o, bunu Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında bildirib.
"Rusiya aşağı səviyyəli nümayəndə heyəti göndərib", - o qeyd edib.
Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir, o, 2022-ci ilin yazında da İstanbulda Rusiya danışıqçılar qrupuna başçılıq etmişdi.