SAĞALMAZ ERMƏNİ XƏSTƏLİYİ - Aqil ABBAS yazır

AQİL ABBAS
151 | 2024-11-28 18:10

70-ci illərin axırına yaxın Rusiya mətbuatında belə bir statistik məlumat dərc olunmuşdu: «Dünyada nə qədər erməni var  və hansı ölkələrdə nə qədəri yaşayır?». Həmin statistik məlumata görə, dünyanın 49 ölkəsində 10 milyona yaxın erməni yaşayır ki, onun 3 milyonundan bir az artığı indiki Ermənistanda yaşayır. Hazırda Ermənistanda  2 milyon 500 min erməni qalıb. 

Yəqin ki, bu 40 ildən çox bir müddətdə  dünyada sayları bir 3 milyon artıb, yaşadıqları ölkələrin də sayı artıb. 

Qarabağda əkdikləri  minalar kimi dünyanın bütün ölkələrinə elə mina kimi səpələniblər. 

Olsun, amma ən maraqlısı budur ki, bu 13 milyon erməninin içində bir nəfər ağıllısı belə yoxdu. Yəni doğrudanmı bütöv bir millət ağlını itirib? 
Əvvəllər fikirləşirdim ki, Xaçaturyan, Tariverdiyev kimi bir bəstəkar, Qrant Matevosyan kimi   gözəl bir yazıçı, Karen Şahnazarov kimi məşhur bir kinorejissor, Ciqarxanyan və Mkrtçyan kimi görkəmli bir aktyor, siyahını bir az da uzatmaq olar belə bir xəstə millətdən  necə olub çıxıb? 

Amma indi fikirləşirəm ki, onları erməni xalqı yox, Rusiya və Sovet hökuməti yetişdirib. Ona görə də Sovet hökuməti dağılandan sonra Qrant Matevosyan yox, Marqarita Simonyan  yetişib. 

TƏQVİM / ARXİV