adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Şəhər - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
93773 | 2020-07-14 09:00

Hər xalqın dövləti olmur. İmperiyayaratmaq isə .... Bəziləri yaradıb,amma sonradan qoruyub yaşadabilməyib . Hər halda bu mürəkkəb tarixi –siyasi proseslərin nəticəsidir.

İki imperiya varki,təxminən eyni dövrdə təşəkkül tapmağa başlayıb,hər ikisinin təşəkkültapmağında türk amili var ,hərikisinə də önyarğı iləyanaşılır,hər ikisinə də nifrətləyanaşılır. Başqa imperiyalarla müqayisədə nisbətən cavandılar.Və bucavanlıq onları başqa dövlətlərdəndə öyrənməyə məcbur edib. Söhbət Osmanlıvə Rus imperiyasından gedir. Hər iki imperiyanın Bizansla sıx əlaqəsiolub və Bizansın paytaxtı həriki imperiyaya hər zaman yağlı tikə kimi görünüb. Ruslar da ,Osmanlılar da biləkləriningücünə nə qədər torpaqlar( istilamı,fəthmi deyək) qatdılar torpaqlarına ,bəzən bu günqazandıqlarını sabah bir –birinəqaytarmaq zorunda da qalmışdılar.Əvvəl türk torpağı sayılanlar sabahrusun olmuşdu. Qafqazdan tutmuş,Sibirə qədər... Ruslar öyrənə biliblər vaxtında. Gəlişdirə biliblər özlərini... Osmanlılar isə arxayınlıqhissi ilə özlərini gəlişdirmək fikrindən uzaq olublar. Və bu günelmi kəşflərin heç bir sahəsində onların adıkeçmir. Neçə dənizləri var –dənizçiləri yoxdu. Varsa dayunandan dönmələrdi . Neçə şəhərlərivar –memarlıqları yoxdu . Varsa da yunandan dönmələrdi ...Memarlıq isə beyini inkişaf etdirən ənmühüm sahədi --mühəndis dühasıvacib amildi.

Bugün verilən qərarlar heç də bu gün həll olunmayıb. Hər hadisənin tarixlə bağlılığı var.

Anadolunun fəthi heç şübhəsiztarixin önəmli hadisələrindəndi. Osmanlı sultanları şəhər-şəhər, vilayət-vilayətfəth elədikləri torpaqları ərazilərinə qatmaqla dünyada sayılacaq qüdrət halınagəlirdilər. Hələ İldırım Bəyazidin zamanında Konstantinopol mühasirəyə alınmış,şəhərin fəthi ərəfəsində Əmir Teymurun hücumu və Ankara savaşı bu olayı gerçəkləşdirməyəimkan verməmişdi. Bəyazid Bosforun Anadolu yaxasındayeni bir qala tikmişdi - Anadolu hisarı. 1452-ci ildə Sultan II Məhmət qarşı tərəfdəRumeli hisarını tikir və şəhərin blokadasının təməlini qoyur. 1453-cü ilinyanvarında sultan öz yaxınlarına bildirir ki, Osmanlı imperiyasının təhlükəsizliyio vaxt təmin olunacaq ki, Konstantinopol türklərin əlinə keçəcək. Mənbələrdəordunun miqyası müxtəlif sayda göstərilir. Ortaq rəqəm götürsək, hər halda 150mindən az olmayıb. Mart ayında sudan, qurudan hücuma keçən ordu ilk günlərdənböyük müqavimətlə qarşılaşır. (Qəribədir ki, o zaman Bizansın sonuncuimperatorunun da adı Konstantin idi. Taleyin ironiyası ilə may ayında paytaxtelan olunmuş Konstantinopol min il sonra yenə may ayında yenə Konstantininzamanında süqut edir). Güclü qala divarlarını arasıkəsilməz top atəşinətuturlar. İçəri keçmək üçün lağım atırlar və ən maraqlısı şəhərin bir tərəfindəno biri tərəfinə suya salmaq üçün gəmiləri quru yolla sürüşdürərək keçirirlər. Şəhərtəslim olur, şəhər fəth olunur. May ayının 29-da. Qərb mənbələrininyazdıqlarına inanmayın, türklər şəhəri nə dağıdıblar, nə qarət eləyiblər. Zatən,özlərinin olduqlarına inandıqları bir yeri niyə viran qoysunlar ki?



1299 və 1922 - rəqəmlərə fikirverin, bir-birini təkrarlayır. Bu Osmanlı imperiyasının quruluş və çöküştarixinin rəqəmləridir. Rəqəmlərin mistik bağlantısını qoyaq bir tərəfə (amma yəqinburda da nəsə var), 623 illik dövrdə dövlətin başına 36 padşah keçdi. Buhökmdarlar fərqli özəlliklərə sahib idilər. Çox qiymətli dövlət yönəticiləri,qüdrətli sərkərdələr də vardı, qadın, içki, ov düşgünü olanlar da. Ruhi xəstələrdə, uşaqkən taxta çıxarılanlar da vardı. Bir həftə, bir ay, bəzən 46 ilhakimlik eləyənlər də vardı. Yaxşı-pis, doğru-yanlış bu tarixdi. Qüdrətli birdövləti bu gün asılı duruma gətirmiş tarix. Bəzən 500 il əvvəl verilmiş yanlışbir qərar bu gün topa dönüb məmləkətin tifaqını viran qoyur. Ancaq hər kəsağıllı olsaydı, hər kəsdən doğru-dürüst addımlar görsəydik, bu gün cahandakamalın qalibiyyətini bayram edərdik.


Yeddinci Osmanlı padşahı II Mehmet çoxyönlü,geniş dünyagörüşlü, gözəl təhsil almış bir hökmdardı. Şərq, islam bilikləri iləyanaşı rum və latıncanı da öyrənmişdi. Xristian dünyasının özünə qarşıbirliyini önləməyə çalışmış, türk birliyini yenidən qurmaq istəyindəbulunmuşdu. O, bacarıqlı bir sərkərdə, bir fikir adamı olduğu qədər də böyükbir dövlət adamı idi. Çox amansızdı, taxt-tac savaşlarını önləmək üçün"Nizami-Aləm" qanunu onun vaxtında bir maddə kimi yasalaraqoyulmuşdu. Bu qanuna görə taxta çıxan hər sultan öz çoxsaylı qardaşlarını -şahzadələri öldürtməliydi və bu qanun neçə yüz il öz qüvvəsində qaldı. Və neçəsultan bir tərəfdə taxta çıxışını bayram edərkən, o biri tərəfdə qardaşlarını dəfnedirlərmiş. Fərqi yoxdur, şahzadə 6 aylıqdı, 6 yaşdadı, ya 60, bu qanun hər kəsətətbiq olunurdu. Qəribəsi budur ki, hər sultan bunu bilə-bilə çoxsaylı cariyələrdəndoğulmuş uşaqlarının taleyini düşünməyiblər. Görünür hakimiyyət elə biranlamdır ki, insanın beynini dumanlandırır, düşüncəsini korlaşdırır. Bu Şərqdədə belə olub, Qərbdə də. Nə isə, mətləbdən uzaqlaşmayaq. Dedik ki, II Mehmet taxtaiki dəfə çıxmışdı. Birinci hakimiyyətində 12 yaşında idi və bu 2 il davametmişdi. Atası II Murad kiçik yaşda uşağın vəzirlərin əlində oyuncağaçevrildiyini gördüyündən yenidən dövlətin başına keçmiş, sakitliyi bərpa edəbilmişdi. İkinci dəfə isə artıq atasının ölüm səbəbi ilə taxta çıxmışdı. 18yaşında sultan olan gəncin böyük bir hədəfi vardı. Üsyançı bəylərlə, Balkandövlətləri ilə sülh imzalayan sultan öz hədəfinə doğru gedirdi. 1452-ci ilin əvvəllərindəBizansı mühasirəyə almaq üçün Rumeli hisarının tikintisinə başladılar. Üfüqlərdəbütün dünyanın göz bəbəyi sayılan Konstantinopol görünməkdə idi. İstanbulun fəthitarixi çox maraqlıdı və bu tarix 20 yaşlı gənc sultana "Fateh"adınıverdi. Sonradan fəth etdiyi (ya da işğal) çox torpaqlar oldu. Qara dəniz sahilləriyunanlardan təmizləndi. Uzun Həsənin qohumları olan və ondan yardım alanTrabzon imperiyasına son verildi (Şah İsmayılın nifrətinin kökündə duran səbəblərindənbiri də bu idi), Balkan krallıqları ləğv edildi. Amma onu Fateh edənKonstantinopolun İstanbula çevrilməsi idi.

Fateh elmin, mədəniyyətininkişafına böyük önəm verirdi. Dönəmin məşhur elm, ədəbiyyat adamları onunsarayında hörmət görürdülər. Səmərqənd hakimi Uluqbəyin qaragüruh tərəfindənöldürülməsindən sonra İstanbula qaçmış məşhur astronom və riyaziyyatçı ƏliQuşçu da onun sarayına sığınmışdı. İtalyan rəssamı Bellini Fatehin dəvəti iləİstanbula gəlib yeni tikilmiş Topqapı sarayının divarlarına freskalar çəkmiş,Fatehin də portretini işləmişdi. Amma hər şeyin bir sonu var, hökmdarların da.49 yaşlı sultanın da ölüm səbəbini zəhərdə axtaranlar indi də yox deyil.

Fateh--- bu gün mübahisələrə səbəb Ayasofya məbədindənamaz qılan ilk Sultan idi. Ayasofyanıisə Bizans imperatoru Yustiniantikdirmişdi.Tarixi bütünlüklə danışmaq mümkündeyil kiçik bir yazıda .

I Yustiniantarixin maraqlı fiqurlarından biridir. Onun hakimiyyət dövrü həm böyükquruculuq işləri, həm də böyük qarışıqlıqlarla müşayiət olunub. Bu günİstanbulda gördüyümüz bir çox möhtəşəm abidələr onun zamanında tikilib.("Ayasofya", "Yerəbatan sərnic" və s.). "Yustiniankodeksi" adlanan qanun toplusu da dövlətin, hakimiyyətin qüdrətlənməsinə,ölkənin çiçəklənməsinə rəvac vermişdi.

VəFatehdən sonra (yəni İstanbulun fəthindən sonra) bütün xristian dünyası həminşəhər üçün ağlayır… Ayasofya üçün ağlayır… Onlar ağlasalar da inkişafdan qalmayıblar –yəni bu xəstəlik halınakeçməyib. Yenə yaradıblar,qurublar ,elm olub ,siyasət olub,hərbolub… Osmanlı yerində sayıb…Sonra XX əsrin başlanğıcında şəhəri ələkeçirə biliblər xristianlar. Amma onda da Atatürk mane oldu siyasətlərinə. İndiisə yeni dövrdü və nə şəkildəsəəkstərəfə cavab verilməlidi. Türkiyəninərazisi bütünlüklə müxtəlifimperiyaların qalıqların yaşadıröz bağrında. Türkiyə isə öz varlığın qoruyub . Öyrənmək heç vaxt gec olmur. Tarix öz yerində ,çoxqərarlar ola bilər. Qərar hələqanun deyil…


TƏQVİM / ARXİV