Siyasilər söz davası, Ukrayna isə qanlı müharibə içərisində... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
875 | 2023-09-29 10:28

Pentaqon və ABŞ hökuməti ilə əlaqəli RAND araşdırmalar təşkilatı bildirir ki, NATO Rusiya-Ukrayna münaqişəsi zamanı hərbi alyansa qarşı mümkün zərbəsinə cavab verməkdən imtina edə bilər.

Təşkilatın analitikləri gərginləşmə ssenarisinin üç variantını dərc ediblər. Birinci variant, Ukraynada olan NATO məmurları zərbə altına düşür. Bu epizod siyasi təyziq və diplomatik tələblərlə bitər. İkinci variantda Rusiyanın Qara dəniz üzərində keçirdiyi manevrlər nəticəsində ABŞ təyyarəsi  vurula bilər, Vaşinqton hərbi cavab vermək məcburiyyətində qalar ki, bu da Moskva tərəfindən münaqişənin genişlənməsi kimi qiymətləndirilə bilər.  Ekspertlərin hazırladığı üçüncü variantda isə, Rusiya birbaşa NATO obyektlərinə xəbərdarlıq zərbələri endirə bilər. Lakin bu da alyansın cavab verəcəyi anlamına gəlmir, yalnız mümkün variant kimi qiymətləndirilə bilər. 

RAND eksperləri düşünürlər ki, ABŞ gələcəkdə gərginliyin azalmasına nəzarəti itirə bilər. Ona görə də, qərb siyasiləri Rusiyanın gərginliyi artırmaq niyyətinə qarşı planlar hazırlamalı, eyni zamanda gərginliyi dayandırmaq üçün Rusiya ilə diplomatik və hərbi kanalları  saxlamalıdır. 

Hazırki vəziyyət göstərir ki, araşdırmaçı ekspertlərin, analitiklərin Rusiya-Ukrayna müharibəsi ilə bağlı hazırladıqları təkliflər, verdikləri proqnozlar, məsləhətlər heç bir əhəmiyyət daşımır. Burda hegemonluq arzusunda olan iri dövlətlərin maraqları əsas rol oynayır. 

Hələ iyun ayında NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bəyan etmişdi ki, NATO orduları Ukrayna müharibəsində birbaşa iştirak edə bilərlər. Onun fikirincə, alyansa üzv dövlətlər öz ordularını Kiyevə göndərı bilərlər. Lakin alyansa üzv dövlətlər, o cümlədən ABŞ Kiyevə hər hansı bir real təhlükəsizlik təminatı verə bilməyəcək. 

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz növbəsinədə eks baş nazirin cavabını verməkdə gecikməyib. O, bildirib ki, əgər  NATO-nun eks baş katibi Şimali Atlantika alyansının ordularının Ukraynaya göndərilə biləcəyini mümkün sayırsa, onda o yəqin ki,  "tibbi  anlaqslzlıq" vəziyyətinə düşüb.

Medvedev eks baş karibdən hədə dolu təhdiflərlə soruşur ki, "NATO ölkələrinin vətəndaşlarından Rusiya ilə müharibə aparmaq istəkləri sorğulanıbmı?". "Onlar Avropada hipersəsli zərbələri görmək istəyirlərmi?..." 

Bu arada okeanın o tayında növbəti ildə keçiriləcək prezident seçkiləri ərəfəsində namizədliklərini irəli sürmək istəyənlər də, səs aazanmaq üçün Rusiya-Ukrayna müharibəsindən  geninə-boluna istifadə etməkdədirlər. 

Namizədliyini irəli sürməkdə israrlı olan eks-prezident Donald Tramp, yenidən prezidrnt seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini 24 saata dayandıracağını (???) bəyan edir, digər namizəd Vivek Ramasvami üçüncü dünya müharibəsinin bsşlamasına imkan verməyəcəyini, Kiyevi NATO-ya buraxmayacağını vəd edir, hazırki prezident Co Bayden isə, növbəti dəfə seçilərsə, Ukraynaya istədiyi qədər silah-sursat göndətəcəyini bəyan edir. 

Bir sözlə hamı nələrisə bəyan edir, siyasi liderlər söz savaşı aparır... Ukraynada isə qanlı müharibə sonsuzluğa doğru davam etməkdədir...

 

TƏQVİM / ARXİV