adalet.az header logo
  • Bakı -°C

Daha bir ocaq qalanır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
3109 | 2026-01-04 08:46
A- A+

Bu dəfə çaxmaqı Tramp çəkdi...

Gözlənildiyi kimi,  ABŞ prezidenti Donald Tramp dünən orduya hücum əmrini verdi. Pentaqinun hərbi helekopterləri və qırıcı təyyarəkəri Vensuelanın paytaxtı Karakasa raket zərbələri endirməklə yanaşı, xüsusi  xidmət orqanları ölkə prezidentinin iqmətgahına qarşı gizli əməliyyat həyata keçirərək, prezident Nikolas Madura və  xanımını sözün əsl mənasında oğurladılar.

 ABŞ prezidenti hesab  edir ki, dövlət başçısını neytrallaşdırdıqdan sonra, Vdnesuelanın zəngun neft yataqlarına sahib çıxmaq arzusuna çatacaq. 

 Lakin, ölkə prezidentin və xanımının oğulanması xəbəri yayıldıqdan dərhal sonra, Venesurlanın vitse-prezidenti Delsi Rodriqes bəyan etdi ki, Vrnesuela heç kimin kaloniyası olmayacaq. Yəni, torpaqlrını nüdafiə etmək üçün sonadək döyşəcəklər...

 "Venesuela xalqı dəqiq dərk edir ki, biz heç vaxt yenidən qul vəziyyətinə qayıtmayacağıq. Biz bir daha kimlərinsə kaloniyasına çevrilməyəcəyik"- deyə Podriqes  ABŞ hücumlarından dərhal sonra  keçirilən Müdafiə şurasının iclasında bəyan edib.

 ABŞ prezidenti Donald Tramp aylar öncədən bəyan etmişdi ki, Venesuelanın prezidenti Nikolas Maduro və vitse-prezident Delsi Rodriqes Vaşinqtonun tələblərini yerinə yetitməsə ölkələri kütləvi raket atəşinə məruz qalacaq. Lakin, görünən odur ki, Venesuelanın müdafiə nazirliyi Trampın təhdidlərini ya ciddiyə almayıb, ya da Maduronun yaxın dostu, Vladimir Putindən aldıqları S-300 hava hücumundan müdafiə sustemlərinə, T-72 tanklarına və çoxsaylı silah-sursatlara  arxayın olub, Lakin...

 Pentaqonun birləşmiş qərərgah rəisləri komitəsinin sədri, general Den Keyn mətbuat konfransında bildirib ki, Nikolas Maduronun ələ keçirilməsi  əmıliyyatlnda 150-dən çox təyyarə iştirak edib. Hücum əməliyyatında F-22, F-35, F-18 qırıcı təyyarələri ilə yanaşı B-1 və B-2 strateji bombardıman təyyarələrindən də  istifadə olunub.

 Maraqlldır ki, artıq dörd ilə yaxındır ki, Ukrayna ərazilərinə hücum edərək, ərazilərini işğal altında saxlayan, gecə-gündüz şəhər və kəndlərinin altını üstünə çevirən Rusiyanın xarici işlər nazirliyi, Venesuelaya  qarşı aqressiya aktı həyata keçirən ABŞ-ı qınayıb  (???) və qanuni seçilmiş prezidenti azad etməyə çağırlb.

 Bu da belə... Deməli hegemon dövlətlərə qarşı beynəlxalaq  qanunlar, beynəlxalq hüquq normaları işləmir. Əgər beynəlxalq institutlar  ABŞ-a, Rusiyaya və s. "bərkgedən" dövlətlərə təsir etmək gücündə deyilərsə , onda onlar nəyə və kimə  lazımdır?.. 

 Dünya "müşə qanunları"  ilə idarə olunur. Məhşur Azərbaycan fulmində, əmir Teymurunda dediyi kimi, "dünya belə qurulyb, ... iri həşəratlar, xırda həşəratları yeyir"...

 

 

TƏQVİM / ARXİV