adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Təki qırılan qoşundan olsun" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
394 | 2023-01-23 09:39

ABŞ və Qərb Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlı deyillər. Onlar heç bu müharibədə Ukraynanın qalib gəlməsini də istəmirlər və sadəcə müharibəni sonsuzluğa qədər uzatmaqla, Rusiyanın çökməsinə, gücdən düşməsinə, zəifləməsinə çalışırlar. Münaqişə tərəflərini atəşi dayandırıb, məsələni diplomatik qaydalar çərçivəsində danışıqlar yolu ilə davam etdirməyə çağırmaq əvəzinə, Ukraynaya bu günədək görünməyən həcmdə silah-dursat göndərməklə vəziyyəti daha da qlzışdırırlar.

Almaniyanın kansleri Olaf Şolts, Fransa və Almaniya arasında bağlanan Yeliseyev razılaşmasının 60 illiyi münasibəti ilə fransa xalqına videomüraciətində bildirib ki, "Almaniya və Fransa dost və yaxın əməkdaş ölkələrdi". Kansler hər iki ölkənin vətəndaşlarını ümumi dəyərləri möhkəmləndirməyə çağırış edib. Daha sonra Şolts, mövzunu dəyişərək Rusiya - Ukrayna müharibəsində Avropanı Ukraynaya köməklik etmək məqsədilə əməkdaşlığa çağırıb.

Almaniya kansleri Rusiya prezidenti Vladimir Putini də yaddan çıxarmayıb və deyb ki, "Vladimir Putin heç vaxt qalib gəlməyəcək. Ukrayna Qərbdən silah və hərbi texnikalar almaqda davam edəcək".

Daha əvvəl Parisdə keçirilən görüşdə, Fransa prezidenti Emanuel Makron və Almaniya prezidenti Olaf Şolts, gələcəkdə də Kiyevə dəstək olmaq barədə razılıq əldə etmişdilər.

Bundan başqa, ABŞ konqresinin senatorları da Ukraynaya silah-sursat və hərbi texnikaların göndərilməsi üçün, büdcədən bu il əlavə olaraq on milyardlarla dollar vəsaitin ayrılmasına razılıq verib.

Britaniyanın eks baş naziri Boris Conson da dünən Kiyevə gəlib. O, Ukrayna prezidenti ilə, hazırda davam edən qanlı döyüşlərin detallarını müzakirə ediblər. Xatırladırıq ki, Böyük Britaniya bu günlərdə Ukraynaya 600 ədəd "Brimstone" raketlərinin göndərilməsi barədə qərar verib. Bundan başqa London Kiyevə "Bulldog" zirehli transportyorları, pilotsuz uçuş aparatları və özüdaşınan "Starstreak" zenit raket kompleksləri də göndərəcək.

Allah xeyir versin, lakin sonsuzluğa qədər davam edəcəyi gözlənilən bu müharibədə həlak olan əsgərlərin sayının getdikcə artması sual yaradır, görəsən bu silahları atmaq üçün ABŞ və Qərb Ukraynaya əsgər də göndərəcəkmi?

Ukraynada müharibənin başlamasının bir ilinə az qalıb. Rusiya prezidenti Vladimir Putinin "hərbi məsləhət 8verənlərinin" bir neçə günlük "ildırım sürətli hücum əməliyyatları" planı baş tutmadı. Görünən odur ki, hazırda ABŞ-ın qurduğu məkrli plan daha çox "effekt" verir. Rusiyanın da artıq bu müharibədə yüz minlərlə əskəri sıradan çıxıb. Deyilənlərə görə, itkilərin yerinin doldurulması üçün elan olunan 300 minlik "qismən səfərbərlik" də nəticə verməyib, ona görə əlavə olaraq 500 min nəfərlik səfərbərliyin elan olunacağı gözlənilir. Rusiyanın 145 milyon əhalisi var, insan resursları çoxdur, necə deyərlər "təki qırılan qoşundan olsun".

TƏQVİM / ARXİV