TÜRKLƏR İKİNCİ BİR AVROPA İTTİFAQI YARADA BİLƏRLƏR- Aqil ABBAS yazır

AQİL ABBAS
1257 | 2024-07-08 13:29

Türklər deyəndə, yəni  türk dövlətləri. Turana gedən yol da ordan başlayır. Öz aralarında  viza rejimini  aradan qaldırırlar. Bu çox asandır və əslində də Türkmənistandan başqa deyəsən, başqa  türk dövlətləri ilə viza rejimi yoxdur. Gömrük rüsumunu da ləğv edirlər, sonra da vahid pula keçirlər və ən nəhayət, türk dövlətləri mərkəzi Bakı olmaqla, öz parlamentlərini qururlar. 

Deyəsən, Alparslan Türkeş bunun 2030-cu ildə baş tutacağını yazmışdı, özü də təxminən  63 il əvvəl, yəni Sovet hökuməti gup-gup guppuldayanda. İndi Sovet hökuməti də yoxdur.

Və gələcəkdə Macarıstanın da, Rusiyanın da bu ittifaqa daxil olması mümkündür. Macarlar onsuz da özlərini  türk sayırlar, 150 milyonluq Rusiyada da 40 milyona  yaxın  türk yaşayır.

Putin Merkelə nə demişdi? Demişdi ki, rusu  qaşısan, altından türk  çıxar. 

Alparslan Türkeş 1961-ci ildə həbs olunanda bu sözləri məhkəmədə  söyləmişdi və demişdi ki, 1986-cı ildə Sovet İttifaqı dağılacaq. Biz indidən Sovet İttifaqının tərkibində olan türk respublikaları ilə mədəni və siyasi həyatımızı  birləşdirməliyik ki,  ittifaq dağılanda özlərini tənha hiss etməsinlər.

Onda Türkeşi lağa qoymuşdular.
 

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV