ÜÇ MÜHARİBƏ ROMANI - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
5816 | 2023-02-23 10:36

 Azərbaycan ədəbiyyatında müharibə mövzusuna İkinci Dünya Müharibəsi illərində daha çox müraciət olundu və bu da təbii idi, çünki dünyanı bürüyən bu dəhşətli fəlakət öz əksini –bədii təcəssümünü  şeirlərdə, poemalarda, publisistik əsərlərdə tapmalıydı. Qələmlər də o illərdə süngüyə çevrildi. Burada həmin əsərlər haqqında geniş söz açmaq, bu əsərlərin bir çoxu illər keçəndən sonra da maraqla oxunur. Biz unutmuruq ki, hər bir xalqın həyatında müharibə ayrıca bir tarixdir və bu tarixin səhifələrpini tez-tez vərəqləmək lazımdır ki, heç kim və heç nə unudulmasın.

Tariximizin son 35 ilində biz iki müharibənin şahidi olluq. Birinci Qarabağ müharibəsi itkilərlə başa gəldi. Otuz il bu itkilərin ağrı-acılarını çəkdik, amma ümidimizi itirmədik.  Xalq şairi Qabilin «Ümid sənədir ancaq, Azərbaycan əsgəri» çağırışı əbəs yerə səslənməmişdi. Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun «Ayağa dur, Azərbaycan!» nidaları da ədəbiyyatın mVətən müharibəsində əzmkar rolunu bir daha sübut elədi. İkinci Qarabağ müharibəsində isə - 44 günlük fövqəladə savaşda Ali BaşKomandan və Ordumuz kimi qələbə müjdələrini yaşadı.

 Əlbəttə, biz bu yazıda nə iki müharibənin, nə də bu iki mühavribədə ədəbiyyatımızın, xüsusilə, nəsrimizin xronologiyasını təsvir və təqdim etmək fikrində deyiləm. Lakin nəsrin bir janrında-roman janrında müharibəyə həsr olunan üç əsərdən söz açmaq istəyirəm. Deyək ki, şeirdə də, nəsrin kiçik janrlarında da, pubölisistikaa da müharibə mövzusu kifayət qədər öz bədii təcəssümünü tapıb. Amma müharibədən söz açan romanlarımızın sayı çox azdır (Aqil Abbasın «Dolu», Sabir Əhmədlinin iki romanı, Hüseynbala Mirələmovıun «Dağlarda atılan güllə və aha bir-iki roman və son illərdə Vüsal Nurunun və Etibar Muradxanlının romanlarını da bura əlavə etmək olar). Roman elə bir janrdır ki, onun təsvir hədəfi, çoxplanlı süjet xətti, obrazlar-xarakterlər silsiləsi və ən başlıcası, Müharibə və İnsan problemini əks etdirmək yazıçıdan böyük sənətkarlıq tələb edir.

 Yazıçı Səyyad Aran son 4 ildə üç roman yazıb və onların hər biri müharibə həqiqətlərini əks etdirir. Səyyad Aran müasir Azərbaycan nəsrində artıq etiraf olunmuş bir yazıçıdır və onun istər hekayələri, istərsə də povestləri müasirlərimizin mənəvi dünyasını, həyat və məişətini, duyğu və düşüncələrini əks etdirmək baxımından oxucuların rəğbətini qazanıb. 1978-ci ildə «ulduz» jurnalında dərc olunan «Körpü» hekayəsi ilə ədəbiyyata gələn Səyyad Aran doğrudan da özü ilə oxucular-ədəbi ictimaiyyət arasında bir körpü yaratmağa nail oldu. Onun əksər hekayə və povestləri kənd həyatından, Aran rayonlarında yaşayan insanların həyatını, mənəvi aləmini, psixologiyasını bədii lövhələrlə əks etdirir. Lakin indi söhbət onun üç müharibə romanından gedir.

 «Başdaşı» və «İrəvana gedən yollar» romanları haqqında biz mətbuatda öz sözümüzü demişik. Qısaca xatırlayaq: «Başdaşı» romanı Birinci Qarabağ müharibəsinə həsr edilib, daha doğrusu, bu müharibənin insanların taleyində buraxdığı acılıqları, kədər dolu hadisələri təsvir edir. Həmin illərin hadisələri bizim yaddaşımızdan qətiyyən silinməyib.  Azərbaycan kəndləri-Qarabağda  o zaman ağır müharibə şəraiti hökm sürürdü, ordum hələ  zəif idi, hər tərəf düşmən qüvvələri ilə əhatə olunmuşdu, əsasən könüllülər vuruşurdu, lakin heç kimdə təslim olmaq fikri yox idi.  « Başdaşı» romanında Səyyad Aran bir ailənin timsalında müharibə dəhşətlərini əks etdirirdi.  Ata Səməndər, ana-Nubar, onların öğlanları – Qürbət və Səlahət, qızları Minarə – bu ailənin hər bir üzvü müharibənin maddi və mənəvi qurbanlarına çevrilirlər. Əlbəttə, roman təkcə  bir ailənin deyil, müharibə gedən bölgələrdə yaşayan insanların keçirdikləri ağrı-acıları da canlandırırdı, amma «Başaşı»nı sırf kədərlivə oxucuda üzüntü yaradan bir əsər hesab etmək də doğru olmazdı. Çünki romanda düşmənə qarşı qətiyyətlə döyüşən oğulların da obrazları diqqəti cəlb edirdi. Romanın sonuncu cümləsi: «Azərbaycan öz xilaskarını gözləyirdi». Bu xilaskar isə ulu öndər, ümummilli liderimiz Heydər Əliyev idi. Məhz onun qayıdışından sonra Azərbaycanda ordu quruculuğun önəm verildi.

Səyyad Aranın «İrəvana gedən yollar» romanı isə İkinci Qarabağ müharibəsinin zəfəri üçün stimul olan Lələtəpə döyüşlərindən söz açır. Yazıçı Azərbaycan ordusunun artıq formalaşma prosesindən, əsgər və zabitlərimizin həm hərbi,həm texnika, həm yüksək əhval-ruhiyyə,  həm də psixoloji baxımdan inkişafını nəzərə çarpdırırdı.

 Bu iki romandan sonra Səyyad Aran «Tacın qaytarılması» əsərini nəşr etdirir («Elm və təhsil» nəşriyyatı, 2022). Bizcə, müharibə haqqında trilogiya başa çatır (amma indidin fikir söyləmək tezdir, yeni bir roma da yarana bilər).

 Roman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin epiqraf kimi bu sözləri ilə  başlayır: «Şuşa Qarabağın tacıdıfr». Bu tac –yəni Şuşa iyirmi səkkiz il düşmən əlində olub və müəllif Şuşa uğrunda gedən (təkcə Şuşa deyil, ümumən digər rayonların da) , Xüsusi Təyinatlı Qüvvələrin iştirakı ilə gedən və çox ağıllı şəkildə idarə edilən döyüşləri ardıcIllıqla qələmə alır. Burada  üç məqamı xüsusilə nəzərə çarpdırmaq istəyirəm. Birincisi: sırf canlı müharibə səhnələrini təsvir edən  yazıçı az-çox savaş-döyüş texnologiyasına bələd olmalıdır,bu  döyüşləri təsvir edərkən   yazıçı özü də addım-addım o döyüşçülərlə birgə olmalıdır (müharibədə özünün iştirakı olub-olmaması əsas şərt deyil).  Səyyad Aran Şuşa və Qarabağ uğrunda gelən savaşlarda bu üsulu uğurla həyata keçirir. O, Xüsusi Təyinat Qüvvələri iştirakçılarının söylədiklərini (konkret adlar dəyişilib) və onların gündəliklərindəki qeydlərini qələmə alır və bu da müharibədən söz açan əsərlərdə  təsadüf olunan bir üsuldur. Əslində, müharibə romanlarında – özü də zəfərlə başa çaian döyüşlərdə dəqiqlik əsas şərtdir. Səyyad Aran 44 günlük döyüş səyahəti 2020-ci ilin 27 sentyabrından başlanır və Şuşanın azad olunmasına qədər tarixi qələbə dövrünə qədər davam edir.

         İkincisi: Romanda xüsusilə diqqəti cəlb edən baş qəhrəman nəzərə çarpmır. Amma romanda adları çəkilən bütün personajlar – Vətən uğrunda döyüşən hər bir kəs qəhrəmandır. Müəllif hər bir səhnədə qəhrəmanlığın yeni bir nümunəsini, çeşidini nümayiş etdirir. Böyük türk şairi Nihal Atsızın «Qəhrəçmanlıq dadaraq acıölüm şərbətin, İrəliyə  atılmaq və sonra dönməməkdir» misraları yada düşür. Bizim qəhrəmanlar da ya şərəflə vuruşur ya da qəhrəmancasına həlak olurlar.

 Üçüncüsü: hər hansı bir müharibə romanında yalnız döyüş-vuruş səhnələrini təsvir etmək yanlış deyilmsi? Axı, hər bir döyüşçünü əlində silah ölüm-dirim vuruşunda –onun qəhrəmanlığını nəzərə çarpdırmaq məsələnin sırf praktik həlli demək olar. Bəs bu döyüşçünün-bu qəhrəmanın ürəyi, ruhu yoxmu? «İrəvana gedən yollavr» romanında Səyyad Aran iki  rardaşın bir qıza məhəbbətindən söz açır. Şahin ağır yaralanıb son nəfəsində ona ürək sözlərini söyləyən qardaşı Ruhindən eşidir ki, o, bir qızı sevir. Amma o qızın əl sevgilisi elə Şahindir və kəndə qayıdandan sonra ata-anası sevdiyi qızla evlənməyi ona təklif edirlər. Amma Şahin buna razı olmur, çünki qardaşının o qızı sevdiyini necə unuda bilər və Şahin təzədən cəbhəyə qayıdır. Bu hadisənin təsviri ilə S.Aran romana bir emosional-kədərli bir xətt əlavə edir. Deməli, istənilən bir müharibə romanında Qəhrəmanlıq həm də Ürək – o Ürəkdə dalğalanan hisslər, həyəcanları əhatə etməlidir. Vaxtilə tarixçi Tarle  yazırdı ki, «Hərb və Sülh» romanında Lev Tolstoyu təkcə müharibə səhnələri, Peterburq  saplonlarında gedən diplomatik söhbətlər deyil, bəlkə Nataşa Rostovanın könlündəki həyəcanlar maraqlandırırdı.  Səyyad Aranın «Tacın qaytarılması» romanında da belə təsirli səhnələr az deyil. Bir misal: «Özümüzə gələndə  ilk eşitdiyimiz söz  «Nialə» sözü oldu. Əsgər qardaşımız Cahangirinsəsiydi. Əvvəlcə anlamadıq. Elə bildik arvadını səsləyir. Yenic

Ə evləndiyini bilirdik. Özümüzdə güc tapıb ona tərəf süründük. Qolu çiynindən qopub yanına düşmüşdü. Üz-gözü qan içinəydi. –Həkim, həkim!-deyə  çağırmağa başladıq.  Təcili həkim üdaxiləsi lazım idi. Yaxınlıqda həkim olmadığını bilirdik. Əslində çarəsizlikdən qışqırırdıq.Nə edəcəyimizi bilmirdik. Cahangir inildəyirdi.

-Niyaləni istəyirəm. Qardaşlar, axı heç üzünü də görməmişəm. Qızıma eləcənə şəkildə baxmışam. Döş cibimdədi, şəkli çıxarın, heç olmasa balama baxa-baxa ölüm. Kimsə hərbi biletini arasından balacaqızcığazın şəklini çıxavrtdı. Allah, atasına necə oxşayırdı! Yəqin şəkil çəkdirəndə uşağı qıdıqlayıb güldürmüşdülər ki, atası hər dəfə baxanda gülümsəsin, rahat olsun. Şəklə baxanda dəhşətli ağrılarına baxmayaraq Cahangir elə gülümsədi ki… Şəkli dodaqlarına yapışdıraraq «Nialə, Nialə, gözəl balam, məni bavğışla, səni yetim qoydum-ananı da, səni də…»-deyib dərindən nəfəs aldı, boynu yana düşdü».Çox təsirli səhnədir və Səyyad Aranın romanında bütün bu təsirli səhnələr döyüş-vuruş səhnələri ilə müvazi şəkildə təqdim edilir. Bu döyüşçülər-Azərbaycan əsgərləri və zabitləri bütün hissləri, həyəcanları ilə ganlandırılır.nların bir-birilə zarafatları da, deyib-gülməkləri də, öz doğmalarını yad etməkləri də təbiidir, çünki öyüşçü həm də İNSANDIR, ürəyi, ruhu var.  Amma S.Aran əsas diqqətini Şuşaya-Qarabağın tacının alınmasına yönəldir. Romanda nikbin bir ruh dolaşmaqdavdır, hamı inanır ki, Şuşa və Qarabağ erməni faşistlərindən təmizlənəcək, daha işğal sözü eşidilməyəcək. Çünki «Azərbaycan ordusu ötən illər ərzində  kifayət qədər təcrübə toplamış, hərbi cəhətdən xeyli möhkəmlənmişdi. Düşmən ya bunu bilmirdi, ya da vecinə almırdı. Deyəsən, 92-93-=cü illərdən  ağızlarında şirə qalmışı». Romanda bu tipli şərhlərə tez-tez rast gəlirik. Beləliklə, Qarabağın tacı-Şuşa ordumuzun qələbəsiylə bizə qaytarılır.  Buv da romanın sonu: «Hamı küçələrdə və meydanlarda  idi. Soyüuq noyabr gecəsinə baxmayaraq kim əlinə nə keçibsə, əyninə taxıb bu mislsiz  bayramı və qələbəni  qutlamaq üçün  küçələrə, meydanlara  axışmışdı. Heç kim yatmaq istəmirdi….Millət xoşbəxt idi. Otuz ilə y   axın müddətdə  qəhəri, kədəri içində qalan xalq dirçəlmişdi. İllərdən bəri həsrətində  olduğu qələbəyə qovuşmuşdu, özü öz içindən böyümüşdü.

 O gecə Azərbaycanda heç kim yatmadı».

Romanla bağlı iku tövsiyyəmi də bildirmək istəyirəm. Əgər Səyyad Aran yenə bir müharibə romanı yazarsa, bədiiliyə daha çox diqqət yetirsin. Həm də hər hansı romanda mütləq baş qəhrəman obrazının yaradılması zəruridir. Bir az da publisistik şərhlərə çox da yer verməsin.

Mənim fikrimcə, Səyyad Aranın bu son romanı əsasında bir bədii-sənədli film də çəkmək olar. Çünki İkinci Qarabağ müharibəsindən elə bir film çəkilməyib. Kino işçiləri bu haqda düşünsələr daha yaxşı olar…

TƏQVİM / ARXİV