"Ukraynada  "sülhə güc yolu ilə" nail olmağa çalışacağıq"..? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
168 | 2025-01-16 10:37

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Pentaqona yeni təyin etmək istədiyi Pit Xercet bəyan edib ki, ABŞ müdafiə nazirliyi onun rəhbərliyi ilə, Ukraynada "sülhə güc yolu ilə nail olmağa" çalışacaq. 

 Əslində Pentaqonun gələcək rəhbərinin "sülhə güc yolu ilə nail olmaq" termini yeni səsləndirilmiş fikir deyil. Trampın xüsusi elçisi Kit Kelloqda daha əvvəl buna bənzər bəyənatla çıxış etmişdi. Trampın "güc yolu ilə sülhə nail olmaq" strategiyası, ABŞ-ın birbaşa münaqişəyə qoşulması ola bilərmi?

 Amerika  siyasətində "Cüc yolu ilə sülhə" termini ilk dəfə ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan tərəfindən irəli sürülmüşdü. "Müharibəyə hazır olmaq- dünyada sülhün bərqərar olması üçün ən effektiv vasitədir"- deyə Reyqan o vaxt bəyan etmişdi.

 ABŞ-ın yeni prezidenti Donald Tramp da, deyəsən onun yolunu gedərək, " Hər şeydən əvvəl əsas Amerikadır" xarici siyasət konsepsiysına söykənmək fikirindədir.

 Amerikan siyasətində  "güc yolu ilə sülh" konsepsiyası özündə nəyi əks etdirir?

 Beynəlxaq münasibətlər institunun amerikanı araşdırmalar kafedrasının baş müəllimi Yuliya Boqoslavskayanın fikirincə,  "ABŞ -ın bu siyasəti, hərbi gücdən və müxtəlif təyziq vasitələrindən istifadə etməklə dünyaya ağalıq etmək niyyətindən ibarətdir. Bu formul iki əsas elementi özündə əks etdirir, ölkənin gücünü nümayiş etdirmək və münkün danışıqları güc yolu ilə aparmaq imkanı əldə etmək."

 ABŞ-ın 40-cı prezidenti Ronald  Reyqanın hakimiyyəti dövründə ABŞ və SSRİ arasında "soyuq müharibə" dpvrü yaşanırdl və həmin dövr üçün birinci element  daha çox istifadə olunurdu. Ekspertin dediyi kimi, Reyqan "Müdafiə strategiyasında üstünlük qazanılması" və  guya kosmosa amerikan raketlərinin yerləşdirilməsi ilə bağlı hazırlığa  başlandığı "Ulduz müharibələri" proqramları ilə Moskvanı təlaşa salmağı bacarmışdı.

 Əslində "Ulduz müharibəsi" konsepsiyası SSRİ-ni şantaj etmək üçün düşünülmüş "blefdən" başqa bir şey deyildi. Lakin  o vaxtlar Kreml bu "blefi" yedi və mümkün olmayan bir işə qarşılıq vermək üçün yüz miyardlarla vəsaiti havaya sovurdu, heç nəyə də nail ola bilmədi. Əksinə , onsuzda bərbad günə düşmüş ölkə iqtisadiyatını daha da  geri dönməz hala salmaqla dövlətin çöküşünün əsasını qoymuş oldu.

 Təbii ki, hazırda beynəlxalq durum XX əsrin kinci yarısından kifayət qədər fərqlidir. Lakin, "güc yolu ilə sülhə nail olmaq" formulu yenə aktuallığını itirməyib. Məhz buna gprə də, ABŞ-ln yeni prezidenti Donald Tramp Reyqana bənzəmək və onun  yolu ilə getməyi planlaşdırır.

 Bəs bu konsepsiya ilə siyasətuni davam etdirməklə Tramp prezident seçkiləri ərəfəsində həm Qəzza bölgısində, həm də Ukrayna münaqişəsinin həllinə diplomatik yolla  nail olmaqla bağlı verdiyi vədlərə əməl edə biləcəkmi? O, bu vədlərini doğrudanmı yerinə yetirməyə hazırdı?

 Biqoslavskatanın sözlərinə görə, "Tramp "güc yolu ilə sülh" məsələsinə təkcə hərbi gücün nümayiş olunması ilə deyil, daha geniş spekdə diqqət ayırır. O, texnoloji üstünlüyə, innavasion inkişafa nail olmaqla , daha da güclü amerikan iqtisadiyyatı yaratmaq istəyir".

 Tramp yanvarln 14-də etdiyi çıxışında bəyan etdi ki, Ukrayna münaüqşəsinin nizamlanması üçün tezliklə Rusiya  prezidenti Vladimir Putinlə görüşmək istəyir. Görünən odur ki, Tramp hakimiyyəti tərk etməkdə olan Bayden hakimiyyətindən fərqli olaraq, böhranı diplomatik yolla aradan qaldlrmaq niyyətindədir.

 Yeni Amerikan  liderinin bu strategiyası, Ukrayna prezidenti Volidimir Zelenskiylə fikir ayrılığına səbəb ola bilər. Əgər ABŞ və Rusiya münaqişənin bitməsi ilə bağlı razılaşmaya nail olarlarsa, bu Ukraynanın xoşuna gəlməyəcək. Lakin, nəzərə alsaq ki, Ukrayna hazırda Qərbin hərbi dəstəyindən daga çox asllıdır və Qərbin özü də, Birləşmiş Ştatlarln dediyi ilə oturub-durur,  onda Kiyevin güzəştlərə getməkdən başqa çarəsi  olmadığının şahidi olacağıq. Yəni Zelenski hakimiyyəti çarəsiz duruma düşmək təhlükəsi ilə üz-üzədir.

 Beləliklə, çox təəsüflər  olsun ki, deyəsən öz çirkin məqsədləri  ilə Qərb və ABŞ tərəfindən   "qurbanlıq" seçilən Ukrayna və ukrayna xalqı artıq iflasa doğru gedir. 

 

 Məqalədə "Lenta.ru" saytının materiallarından  istifadə olunub.
 

TƏQVİM / ARXİV