adalet.az header logo
  • Bakı 20°C

XAQANLIQ-PADŞAHLIQ

SEYFƏDDİN ALTAYLI
55554 | 2013-05-25 00:48

Türk dövlətgələnəyində xaqanların özəldən də özəl bir yeri vardır. Xaqanlar da ətrafındaolanlar da yəni, dövləti idarə edən yüksək səviyyəli məmurlar da bilikliolmalıdır. Bilik sahibi olmayan heç kəs qədim vaxtlarda xaqan ola bilməzdi,çünki xalq onları seçməzdi. Biz, çağdaşmənadakı demokratiyanı o vaxt həyata keçirirdik. Xaqan və ətrafındakılarbilikli olmasa dövləti tənəzzülə uğrayır, xalq sahibsiz və təşkilatsız qalırdı,oğulları kölə, qızları cariyə olurdu. Orxan-Yenisey abidələrində bu haqdayüksək səviyyəli bir dövlət dili ilə yazılmış ifadələr mövcuddur. əski Türktörəsinə (yazılmamış qanunlar) görə xaqan Tanrının yer üzündəki kölgəsi idi.Ona görə də xaqanın buyruğu Tanrı buyruğu mənasını daşıyırdı. Xaqan da xalqınınfiravan, asudə bir ömür sürməsi üçün əlindən gələni etməliydi. Kutadqu Bilikdəona görə deyilib ki, "əli dar olanlara bax, onların haqlarını ver,xəstədilərsə baş çək, avaralara mane ol, ey əliaçıq (alicənab) xaqan, sənxalqın haqqını versən, öz haqqını sən də onlardan tələb edə bilərsən. Törə iləqanun xalq üçün düz yol olsun, heç kəs onlara zorbazorluq etməsin".

Türk tarixitədqiq edilərsə tarix boyu yaratdığımız imperiyaların özülünün bir bəyliküstündə yüksəldiyini, ağıllı başçılar sayəsində bəyliyin dövlətə çevrildiyinivə dövlətin də imperiya olduğunu, ləyaqətsiz şəxslərin imperiyalarımızıntaxtını caynağına keçirməsindən sonra dövlətlərimizin tənəzzülə uğradığınınşahidi oluruq.

OsmanlıDövləti, Türk tarixinin ən zirvədə dayanan dövlətidir. Hun İmperiyası üç yüzəlli il, Göytür İmperiyası yetmiş beş il, Səlcuqlu İmperiyası yüz əlli il,Osmanlı İmperiyası isə altı yüz otuz il yaşayıb.

Əslində bizhaçan ki, qədim vaxtlarda həyata keçirdiyimiz demokratiyadan uzaqlaşmışıq, ondada dövlətlərimizin tənəzzülü başlayıb.

Osmanlıpadşahlarının içində İkinci Murad, Fateh Sultan Məmməd, İldırım Bayəzid, ÇələbiMəmməd kimi görkəmli simalar dövləti çətin anlarda qoruyub saxlaya bilib.Qanuni Sultan Süleyman qırx altı il padşahlıq taxtında əyləşib, ancaq onundünyasını dəyişməsindən sonra dövlətdə durğunluq başlayıb və axırı məlum olankeşməkeşli siyasi böhranlar dövləti məhv edib. Mənə görə Qanuni Sultan Süleymankimi bir şəxsiyyətdən sonra Osmanlı Dövlətinin durğunluğa qədəm qoymasıdövlətçiliyimiz yönündən acınacaqlı haldır və düşündürücüdür.

On birinciəsrdən tutmuş Avropanın təşkilatçılığında başlayan Səlib yürüşləri iyirminciəsrin iyirminci illərində öz arzusuna çatdı və Osmanlı Dövlətinin axırınaçıxdı. Sonuncu Osmanlı Padşahı Vahidəddin bir İngilis gəmisinə minib, dövlətinkassasından heç nə götürmədən ölkəni tərk etdi və qərib-qürbət ellərdə vətənhəsrətiylə, yoxsulluq içində dünyasını dəyişdi. Bəzi şəxslər Vahidəddini"vətən xaini" bəziləri də "vətənini sevən" bir şəxs kimiqiymətləndirir. Ancaq bir şeyi heç vaxt nəzərdən qaçırmamalıyıq. əgər bir ailəbaşçısı səhvə yol versə ondan sadəcə olaraq öz ailəsi zərər görər, ancaq birdövlətin başçısı səhvə yol versə bütövlükdə dövlət, vətən və xalq ziyan çəkər.Məsələyə bu prizmadan baxıb hadisələrə qiymət verilməlidir.

BirinciDünya Müharibəsi əsnasında Anadoluda imperiya siyasəti güdən İngiltərə, Fransa,Rusiya, İtaliya və ABŞ-ın qışqırtmalarıyla üsyan edən ermənilər İttihad vəTərəqqi hökuməti tərəfindən ölkənin hərb getməyən dinc bölgələrinə köçürülür,əlbəttə yalnızca üsyan edənlər. Boğazlıyan qaimməqamı (Azərbaycandakı idariqurğuya görə raykom katibi) Kamal Bəydən üsyançıların köçürülməsi tələb edilirvə o da üsyançıların hər cürə bəşəri ehtiyaclarını və təhlükəsizliklərini təminedərək köçürür. Ancaq İttihad və Tərəqqi hökuməti ləğv olunduqdan sonra qərbliimperialistlər Osmanlı hökumətinə təzyiq edir. Kamal Bəy kimi şəxsiyyətlərYüksək Hərbi Məhkəmədə istintaqa çəkilir. Kamal Bəyə, qış şəraitində Osmanlıvətəndaşlarını can və mal itkisinə məruz buraxdığı, onların təhlükəsizliyinitəmin etmədiyi iddiasıyla edam hökmü kəsilir. Kamal bəy sorğu hakiminə;"Mən aldığım əmri yerinə yetirdim, heç kəsə öldürülməsi əmrini vermədim,vicdan əzabı çəkmirəm, hamıya insan kimi rəftar etdim" desə də ölüm hökmüləğv olunmur. Padşah Vahidəddin isə qorxaqlıq edərək imperialistlərin təzyiqinəboyun əyir və Kamal bəyin ölüm hökmünü təsdiqləyir, Məmməd Kamal Bəy 10 Nisan1919-cu il tarixində İstanbulda Bayəzid meydanında edam edilir.

Bayburttərəflərindəki üsyançı ermənilərin köçürülməsini yüksək səviyyədə aparan vəonların bir dənəsinin belə burnunun qanamasına imkan verməyən Məmməd Nüsrət Bəydə ingilislərin bir dediyini iki etməyən Damad Ferid Paşanın əliylə istintaqacəlb edilir və ona da nahaq yerə edam hökmü kəsilir, 4 Avqust 1920-ci iltarixində Vahidəddin onun da edam hökmünü təsdiqləyərək edam etdirir. MəmmədNüsrət Bəy də Bayəzid meydanında dara çəkilir.

Atatürkünrəhbərliyində başlayan Azadlıq Hərbi hamının məlumudur. Onun rəhbərliyindəyaranan Türkiyə Böyük Millət Məclisi, Atatürkün xüsusi təşəbbüsü ilə bir iclaskeçirir, həm Məmməd Kamal Bəy, həm də Məmməd Nüsrət Bəy 25 Dekabr 1921-ci iltarixində milli şəhid adlandırılır, onların həyat yoldaşlarına, yetim qalanuşaqlarına aylıq maaş bağlanır.

Vahidəddin,sonuncu Osmanlı padşahıdır. Ona, Osmanlı xanədanının davamçısı, ən önəmlisi birinsan, bir Türk olmasına görə hörmətim vardır, ancaq Vahidəddin Türk tarixinintələb etdiyi ölçülərə görə bir dövlət rəhbəri deyildir. Türk tarixinin hərdövründə görkəmli liderlər yetişdirmişik, onlar dünyaya nizam-intizam verməküçün hər cürə hadisəni ağıl, məntiq və cəsarətlə dəyərləndirərək Türkünədalətini mərhələ-mərhələ həyata keçiriblər, məzlum xalqları qoruyublar,zalımlara da dərslərini veriblər. Bunun ən ümdə nümunələri də İstanbuluntutulmasıdır, Atillanın yürüşləridir.

Osmanlıİmperiyasının sultanı olan bir şəxsin dünyanın ən murdar imperialistləriningəmisinə minib vətəni qoyub qaçması bağışlanmazdır. Onun qanı, hərbmeydanlarında can verən Türk rəhbərlərinin heç birindən daha qırmızı deyildir.O heç olmasa ulu babası İkinci Muraddan dərs götürməliydi. Hələ ABŞprezidentinə yazdığı bir məktub var ki, insanın qanını dondurur.

VahidəddinABŞ prezidentinə 13 Mart 1924-cü il tarixində yazdığı məktubunda deyir.

"CənabCoolidge, siyasi hadisələrin və olayların iç üzünü, hansı səbəblərə görəsəltənət mərkəzimi müvəqqəti olarak tərk etmək məcburiyyətində qaldığımıbilirsiniz. Bu barədə ətraflı məlumat təqdim etməyə ehtiyac duymuram. Buradanayrılmağımın, ata-babamdan miras qalan malik olduğum səltənət və xilafətməqamlarından imtina etdiyim mənasında olmadığı aydındır.

AnkaraMəclisi kimi üsyançı bir fitnənin bu barədə yetişəcəyi bütün qərarların qüvvədəola bilməyəcəyini bildirmək istəyirəm.

Belə ki;İslam Xilafətinin Osmanlı Səltənətindən kənarlaşdırılması və Xilafətin tamamilələğv edilməsi, dini, soyu, vətəni naməlum və müxtəlif hərbçilərdən təşkil tapankiçik bir şər qüvvənin zorbazorluğu və qismi olaraq da məlumatsızlığı, qəflətdəolmasının yönləndirdiyi beş-altı milyonluq Türk qövmünün salahiyyəti daxilindədeyildir. Bu ancaq mütəxəssis şəxslərdən təşkil olunacaq bir məclisin təşkilivə bütün din xadimlərinin ortaq qərarı ilə həll olunacaq böyük və qlobal birproblemdir.

İslamalimlərinin bildiyi kimi şəriətə zidd olan qərarlar, hansı məqam tərəfindənyetişilərsə-yetişilsin o qərarlar nəticəsiz qalmağa məhkumdur. Bundan əlavəindiki vəziyyət, hal-hazırdakı şəraitdə İslam dünyasında böyük həyəcantəlatümləri yaradacaq xarakterdədir. Digər tərəfdən inkişaf etmiş ölkələrindaxili təhlükəsizliyinə də böyük təsir buraxacaqdır.

Xanədanınqabaqda gedənləri əleyhində Ankara Məclisi tərəfindən qəbul edilən sürgün vəölkədən çıxarılmaları, əmlaklarının, şəxsi mallarının müsadirəsi kimi nahaqqərarlar, xanədanın üzvlərini bəşəri və şəxsi hüquqlarından məhrum edəcəkmahiyyətdədir.

Bu mövzudaali şəxsiyyətiniz və cümhuriyyət hökumətiniz tərəfindən imkanlar daxilində edəbiləcəyiniz yardımları hədsiz dərəcədə qiymətli hesab edəcəyimi bəyan etməyəehtiyac yoxdur.

Bu vəsiləilə səhhətli olmağınızı Ulu Haqqdan niyaz edirəm.

MəhəmmədVahidəddin

Osmanlıkimi bir xanədanın varisinin, Osmanlı İmperiyası kimi bir dövlətin rəhbərininbir qaşıq qanı, bir doyumluq qarnı üçün düşməndən kömək dilənməsindən dahaböyük faciə nə ola bilər.

Ulu Tanrı,millətimizi, xalqlarımızı öz şəxsi maraqları üçün özgələrindən yardımdilənənlərin ehtiraslarından uzaq eləsin...

SeyfəddinAltaylı, Ankara

altaylı[email protected]

TƏQVİM / ARXİV