Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, həmin şəxsdən "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.
Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.