SON DƏQİQƏ:

Üzgörənlik bilməyən Füzuli Əsgərli - Qəşəm İsabəyli yazır

  17613   |  
Şriftin ölçüsü  

Füzuli Əsgərli də

Getdi həyatdan.

Bir ay...

Üç ay...

Lap beş ay...

Uzağı bir il olsun,

Min ilin ölüsü tək

Çıxar yaddan.

 

Tanışlığımızın illərlə olmasına baxmayaraq qəlbimə mehri düşmüş, düzlüyü, sözübütövlüyü ilə se­çilən və haqq adamı kimi görüb tanıdığım Füzuli Əsgərlinin ölüm xəbərini eşidəndə bu misralar ürəyimdən qopub gələn təəssüfüm oldu. Gözümün qabağına Pedaqoji universitetdə uşaq yazıçıları ilə təşkil edib, apardığı görüşlər gəldi, müxtəlif tədbirlərdə çiyin-çiyinə oturduğumuzu xatırladım, son dəfə bizdə – Zahid Xəlillə bir süfrə başına yığış­ma­ğımız yadıma düşdü... Ruhumu narahatlıq bürüdü. Göz açıb gördüm ki, Füzuli Əsgərli də yoxdu artıq...

Təbii ki, fiziki ölümünə qovuşan Füzuli müəllimin zəkası hələ on illərlə onu ölməyə qoymayacaq. Axı o, alim idi, tərcüməçi idi, müəllim idi. Dərsliklər müəllifi və tər­cü­məçi kimi həyatdan yapışıb qalmağa neçə-neçə əltutacağı vardı. Tələbələri hələ uzun müddət onu xatirələrində yaşadacaq. Füzuli müəllimin ölümü ürəyimizə dağ çəksə də, mənfur Covid qadağasına uyğun onu son mənzilə yola sala bilməsək də, təsəllimiz də oldu.

Orta məktəbdə oxuyanda kəndmizdə məktəb kitabxanası vardı, kitablar içində eşələnmək olardı işim. Həmişə də kitabı açan kimi onun redaktorunun adına baxardım. Bir imza təkrar-təkrar qarşıma çıxardı –İ. Soltan. İsmayıl adlı bu redaktorun dünyada necə xoşbəxt olduğunu düşünür və redaktor olmaq arzusu bir an da xəyalımdan o yana getmirdi. Sonralar özüm də nəşriyyat redaktoru oldum və bu cəfakeş işin mərhum İsmayıl Soltana hansı məsuliyyət və ağırlıq bahasına başa gəldiyini gördüm. Füzuli müəllim də uşaqlıq çağlarından kitab aşiqi olmuşdu. Danışırdı ki, kitabxanaçı şübhə eləyirdi oxumağıma. Xeyli sual-cavabdan sonra sayından artıq kitab verirdi mənə evdə oxumağa. Hətta Bakıdan Masallıya gələn kitabxana üzrə nümayəndələr də mənim oxumağımla maraqlanıb, yaşımdan böyük kitabları mütaliə etdiyimi bilib, sorğu-suala çəkmişdilər məni.

Bəli, elmlə, təhsillə, bədii ədəbiyyatla maraqlı adamlar onlarla kitabları açıb oxuyanda məhz “Füzuli Əs­gər­li” imzasına rast gəlib, mən İ.Soltanı xatırlayan kimi onlar da xəyallarında dərslik müəllifi kimi, tərcüməçi ki­mi, redaktor kimi Füzuli müəllimi yada salacaqlar. Hətta çoxları üçün o, diri olacaq, yaşarı olacaq, xoşbəxt ola­caq.

Füzuli Əsgərli son dərəcə işgüzar alim idi. Baxmayaraq ki, xəstələnmişdi, bir an da yaradıcılığından aralı düşmürdü. Hətta bu ərəfədə Zahid müəllimə və mənə zəng eləyib Belarusda nəşr ediləcək antologiya barədə şad xəbər vermişdi. Mən də onlayn qonalğa vədəsini boyun olmuşdum. Özünəməxsus – siyasətdən kənar kəndli gülüşüylə cavab vermişdi mənə. Sonra da:

–Oğlum tutulmuşdu, sağaldı. Heç bizə də gəlib-getmirdi, deyəm ki, ondan keçib mənə. Hardansa məni də tutdu bu yaramaz xəstəlik.

–Zahid müəllim bilir? – Soruşmuşdum.

–Yox, deməmişəm, – demişdi.

Sonra mən Zahid müəllimə dedim. O da zəng eləmişdi. Günaşırı zəng eləyirdim Füzuli müəllimə:

–Necəsiniz, Füzuli müəllim?

–Belə, pis deyiləm, evdən xəstəxanaya keçirtdilər məni.

–Hansındasınız?

– Fövqəladədə.

–Necədi?

–Çox yaxşı baxırlar, sağ olsunlar.

İki gün sonra zəng eləyəndə qaraxəbər telefon “Bu nömrəyə zəng çatmır!” deyəndə dalağım sancdı.

Bir müddət əvvəl şair dostum Tariyel Ümid də xəstələnmişdi, o da xəstəxanadan çıxacağını demişdi. Sonra günlərlə zəng eləmişdim – “bu nömrəyə zəng çatmır.” Axırda axtarıb qardaşını tapdım, o da Tariyelin oğlu Bəxtiyarın telefon nömrəsini yolladı mənə. Danışdıq. Şükr Allaha ki, salamat olduğunu dedi, amma üzülüb, dedi Bəxtiyar... Rahat oldum...

İndi də Füzuli müəllimin telefonu qara kağızla qarşılayırdı mıəni. Götürüb Zahid Xəlilə zəng elədim. O da bərk narahat oldu.

Yadımdadı, yanvarın 6-sı idi. Türkiyəyə – Yaşar bəyə uşaq ədəbiiyyatı ilə bağlı tədqiqat əsəri lazım idi. Mən Füzuli müəllimə zəng elədim. Dedi, evə zəng edərəm qızım faylı yollayar sənə. Doğrudan da çox keçmədi fayl poçtuma daxil oldu. Mən həmin dərsliyin elektron versiyasını yolladım alim dostumuza...

Dediyim kimi, sonralar əlaqə kəsildi Füzuli müəllimlə. Bir gün də Zahid müəllimin uzun zəngindən hiss elədim ki, nəsə xeyir-xəbərlik deyil bu çağırış.

–Eşitdin də Füzulini?!

–Yoox, nədi ki?!

–Rəhmətə gedib!

–Nə danışırsınız?!

–Həəə...

Elə bil başıma bir qazan qaynar su tökdülər. Fikir məni götürdü.

Füzuli Əsgərli bu şəhərin burulğanında öz kəndli simasını qoruyub saxlaya bilmişdi. Lazımi məqamda – tənqidi tənqid yerində, tərifi tərif anında dilinə gətirməmiş olmazdı. Haqsızlığa, nahaq danışığa öz rəyini mütləq bildirərdi. Bir dəfə uşaq musiqi kitabıyla bağlı hansısa qurama bir təşkilat tədbir keçirirmiş, Zahid müəllimlə Füzuli müəllim də orda iştirak edirmiş. Onu da deyim ki, bir dəfə ora məni də çağırmışdılar. Rəhmətlik İlyas Tapdıq da ordaydı. Münsiflər heyəti seçdilər və məlum oldu ki, heyətdə şeirin-nəsrin nə olduğunu bilməyən bir qadın, həmçinin uşaq ədəbiyyatından kənar bir şair münsiflərin içinə düşüb. Bu, İlyas müəllimə necə təsir etmişdisə, hirslə etirazını bildirdi ki, axı filankəs uşaq şairi deyil...

Bəli, bu təşkilat indi də mahnı toplusunu müzakirəyə çıxarıbmış. Kitabı biri tərifləyir, biri təqdir edir, söz Füzuli müəllimə veriləndə, bir-iki sualla bu eybəcər kitabın paxırını açıb qoyur ortalığa:

–Xanım, bu kitabda toyuqlarınız “ka... ka... ka...” deyir, bu nə deməkdi?

–Toyuğun səsidir, müəllim.

–Yəni qaqqıldaması?

–Bəli.

–Sizin bu kitabda niyə toyuqlar rusca qaqqıldayır?

Xanım tərtibçi söz tapmır deməyə.

–Dərd odur ki, inəkləriniz də rusca böyürür?

Day tədbirə gələnləri susdurmaq olacaqdı?!

Eşiyə çıxanda Zahid müəllim Füzuli Əsgərliyə deyir:

–Bu da bizim qazncımız.

–Nə qazanc?!

–Korladın da işləri.

–Niyə?

–Bunlar bizi daha çağırmayacaqlar tədbirə...

Doğrudan da Zahid Xəlillə Füzuli Əsgərlinin ayağı həmin qurama təşkilatın yığıncaqlarından birdəfəlik kəsilir.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-17
2021-04-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK