AFFA “İmişli” klubuna xəbərdarlıq etdi

AFFA Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” klubuna xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
Buna fevralın 13-də I Liqanın XIV turunda baş tutan “Qəbələ” ilə matçın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriliməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA bölgə təmsilçisinə xəbərdarlıqla kifayətlənib.
Sözügedən görüşün 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” isə 100 manat cərimələnib.
“Zaqatala” – “Difai” oyununda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə qonaqlar 70 manat cərimələnib.
Digər Xəbərlər

İstanbul derbisinin VAR hakimləri müəyyənləşdi

Renat Dadaşov Polşa klubunda

“Qarabağ” “Sabah”la heç-heçə etdi

Çempionlar Liqasında 1/8 final oyunlarının təqvimi

"Qarabağ" "Sabah"a, "Araz-Naxçıvan" "Səbail"ə qarşı

"Barselona" 17 yaşlı futbolçunu transfer etmək istəyir

Çempionlar Liqasının püşkü atıldı: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya qarşı
