Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır

Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır.
Adalet.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncam Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.
Nazirlər Kabinet:
2.1. “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görsün;
2.2. Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Digər Xəbərlər

Ağoğlan məbədinə pərçimlənmiş "xaçlar"...

Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olundu

İslam Rzayevin ifasında "Ay qiz" - VİDEO

Turistlərin heyran qaldığı Səlimiyyə məscidi – FOTOLAR

CineMastercard-da “Bridcit Cons.Oğlana heyran” filminin premyeradan öncə nümayişi keçirilib- VİDEO/FOTO

Azərbaycanda yerli cizgi filmləri yoxdur
jpg-1739462885.jpg)
H.Hacıyevin "Salam Xankəndi" videosunda erməniləri yandıran "mədəniyyət evi"
