Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - RƏSMİ AÇIQLAMA
Hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.
Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.
"Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.
Profilaktik məqsədlə əhaliyə sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunur:
yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək;
gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək;
açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək;
gəmiricilərlə birbaşa təmasdan çəkinmək.
Hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır".
Digər Xəbərlər
16 Iyun 2026 11:34
Artıq çəki diz və bud oynaqlarınızın ən böyük düşmənidir - XƏBƏRDARLIQ
16 Iyun 2026 11:33
Oynaq ağrılarının əsas səbəbi nədir? – SN-nin travmatoloq-ortopedindən AÇIQLAMA
13 Iyun 2026 09:05
İsti havalarda nə qədər su içməliyik?
12 Iyun 2026 10:18


Bakı -°C

