BANM-da mükafatlandırma mərasimi keçirildi - FOTOLAR
Bakı Ali Neft Məktəbinin (BANM) konfras zalında, FİSO Olimpiadasının Riyaziyyat və İngilis dilləri üzrə Azərbaycan seçim turunun mükafatlandırma mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrində təhsil alan məktəb şagirdlərinin akademik nailiyyətlərini qeyd etmək məqsədi ilə təmtəraqlı mərasimi təşkil olunub.
Tədbir Azərbaycan respublikasının dövlət himni ilə səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Mərasimi Global Olympiad Centerin (GOC) direktoru, Xəyal İbrahimzadə açıb. Çıxışı zamanı Xəyal bəy: “Bu gün burada toplanmamızın səbəbi yalnız mükafatlandırma deyil, həm də gələcəyimizin parlaq ulduzlarını təbrik etmək və onlara dəstəyimizi göstərmək” olduğunu vurğulayıb.
Tədbir BANM rektoru Elmar Qasımovun çıxışı ilə davam edib. O, şagirdlərin səylərini yüksək qiymətləndirib və söyləyib:
"Sizlər bu yarışda göstərdiyiniz bacarıq və həvəs ilə bizim üçün nümunəsiniz. Azərbaycanın gələcəyi sizin kimi istedadlı gənclərin əlindədir. Sizləri təbrik edir və FİSO-nun final mərhələsində uğurlar arzulayıram".
Elmar Qasımovun nitqi ilə davam edən mərasim, şagirdlərin müxtəlif kateqoriyalarda əldə etdikləri medallarla mükafatlandırılması ilə davam etdirilib.
Qeyd edək ki, FİSO Olimpiadasının final mərhələsi bu il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək. İyunun 22-26 tarixləri arasında təşkil ediləcək bu nüfuzlu tədbirdə, 36 ölkədən gələn iştirakçılar öz bacarıq və biliklərini nümayiş etdirəcəklər. Azərbaycanı bu beynəlxalq arenada təmsil edəcək komanda, ölkəmizin akademik potensialını və gənclərinin istedadını dünya səviyyəsində nümayiş etdirmək üçün böyük bir fürsət əldə edəcək.
Digər Xəbərlər
05 Noyabr 2025 13:01
Azərbaycan Universitetində Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib
05 Noyabr 2025 11:48
Tələbələrin köçürülməsi 1 fevraldan başlayır? - Rəsmi açıqlama
04 Noyabr 2025 16:20
Payız tətilinin vaxtı açıqlandı
04 Noyabr 2025 12:25
Məktəbəhazırlıq təhsilinə ayrılacaq vəsait açıqlandı
04 Noyabr 2025 11:31
44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı
03 Noyabr 2025 10:57
DİM bu tarixdə imtahan keçirəcək
31 Oktyabr 2025 15:16
Azərbaycan Universitetinin komandası ICPC-nin növbəti mərhələsinə vəsiqə qazanıb
29 Oktyabr 2025 15:39


Bakı -°C

