"Bəzən sosial işçilər evlərə gedəndə təhqir olunur" - Deputat

"Bəzən sosial işçilər evlərə gedəndə təhqir olunur, yaxud evdən qovulur".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilə iclasında deputat Əziz Ələkbərli deyib.
O bildirib ki, onların hüquqlarının, şərəf və ləyaqətinin qorunması vacib məsələdir: “Qarşı tərəf bunun məsuliyyətini hiss etməlidir”.
Komitə üzvü vurğulayıb ki, Sosial Xidmət Agentlinin çətin həyat şəraitində yaşayan şəxslərlə bağlı hesabat hazırlaması tam da doğrul deyil:
“Çünki agentlik əməkdaşları evə gedəndə insanları və ailəni tanımır. Gördüyü vəziyyətlə bağlı qərar qəbul edib hesabat verir. Halbuki həmin ailəni ziyarət edərkən yaxşı olar ki, yerli icra orqanları və ya bələdiyyə nümayəndələri bu məsələyə cəlb edilsin. Hesabat hazırlamaq üçün nümayəndələrin iştirakı ümumi işin xeyrinə olar”.
Digər Xəbərlər

"İqtidarla müxalifət arasında təmaslar üçün vasitəçiyə ehtiyac duyulmur" - Ədalət Vəliyev

Parlament Xocalı soyqırımı ilə bağlı müraciət ünvanladı

İlham Əliyev Ərdoğana zəng etdi

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

"Türkiyə hər zaman Azərbaycanın yanındadır" - Hakan Fidan

Parlamentdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüş keçirilib

İnsanlığa qarşı tarixi cinayət
