adalet.az header logo
  • Bakı -°C
07 Iyul 2026 11:00
78
İDMAN
A- A+

Dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulur

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/8 final mərhələsinə 2 oyunla yekun vurulacaq.

Adalet.az xəbər verir ki, əvvəlcə son dünya çempionu Argentina millisi Misirlə üz-üzə gələcək. Atlanta stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İyulun 8-nə keçən gecə isə İsveçrə millisi Kolumbiya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Vankuver şəhərində yerləşən “BC Place” stadionunda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək. Bununla da 1/4 finalın sonuncu cütlüyü bəlli olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.