23 Iyul 2024 13:50
220
KRİMİNAL

ƏDƏ, QOYMAYIN, AĞADADAŞ AĞAYEV ADAM BALTALAYIB 

Bütün saytlar elə sevinə-sevinə bu xəbəri paylaşıblar ki. Və əslində necə olub bu haqda  məlumat  yoxdur. 

Xalqın sevimli müğənnisi, gözəl insan  Ağadadaş Ağayev hər halda dəli olmayıb kiməsə  balta atsın. Baltalasın yox ey, balta atsın. 

Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Və bildirib ki, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. 
Bir gözləyin görək  araşdırma nə ilə bitəcək. 

Onu da qeyd edim ki, videogörüntülər var. Xəstəxananın mühafizəçisi Ağadadaş Ağayevi yerə yıxıb möhkəm döyüb.