Bu şəxs müxtəlif qurumların serverlərinə kiberhücumlar edirmiş - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2024/07/23/61png-1721736827.png)
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-texniki tədbirlər nəticəsində özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edən Rəcəbov Şahin Rəcəb oğlu saxlanılıb.
DİN-dən Adalet.az-a bildirilib ki, Şahin Rəcəbov müxtəlif müəssisə və təşkilatlara zəng edərək özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edib müəssisə və təşkilatlara məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altında olduğunu, habelə həmin müəssisələrə saxta hesab-fakturalar göndərərək təcili ödəniş etmələrini, əks təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını qeyd edib.
O, bu yolla domen və serverlərin bağlanmaması üçün obyekt sahiblərindən qanunsuz pul vəsaitləri tələb edib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bənzər hallarla qarşılaşan vətəndaşlar bu barədə Baş İdarəyə məlumat verə bilərlər.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/24/57jpg-1721808878.jpg)
Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2024/07/24/46jpg-1721804234.jpg)
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilmək istədi
![](https://adalet.az/uploads/img/posts/2024/07/23/3png-1721717556.png)
Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/07/23/4jpg-1721743701.jpg)
Çinlilər Abşeronda 130 min dollarlıq oğurluq edib, ölkədən qaçmaq istədilər
![](https://adalet.az/uploads/img/posts/2024/07/23/42jpg-1721728275.jpg)
ƏDƏ, QOYMAYIN, AĞADADAŞ AĞAYEV ADAM BALTALAYIB
![](https://adalet.az/uploads/img/posts/2024/07/23/4jpg-1721717898.jpg)
Bakıda 75 yaşlı qadın evində döyülüb, soyğunçuluq edilib
![](https://adalet.az/uploads/img/posts/2024/07/23/1jpg-1721717139.jpg)
"Son zəng” günü avtoxuliqanlıq edən yeniyetmələrlə bağlı tədbirlər görüldü
![](https://adalet.az/uploads/img/posts/2024/07/23/43jpg-1721716398.jpg)