11 Iyul 2024 17:16
403
HADİSƏ

Ələt-Astara yolunda maşın yandı - VİDEO

Ələt-Astara yolu ilə hərəkət edən avtomobil qəfil yanmağa başlayıb.

Adalet.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə magistralın 24-cü kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “Ford Fusion” markalı minik avtomobili ön hissəsindən alışıb.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb edilib. Avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə xidməti əməkdaşları tərəfindən söndürülüb.