09 Fevral 2025 09:10
199
DÜNYA

Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək?

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel makron arasında baş tutan telefon danışığı müxtəlif yozumlara yol açıb.

Adalet.az xəbər verir ki, erməni politoloq Akop Badalyan bu telefon danışığının təsadüfi olmadığına diqqət çəkib.

O qeyd edib ki, Suriya lideri Şara Türkiyəyə səfər edəndən (4 fevralda – red.) iki gün sonra Fransa Prezidenti makronla telefon danışığı aparıb. 7 fevralda isə Makronla Ərdoğan arasında telefon əlaqəsi baş tutub:

“Makron və Ərdoğan Suriya prezidenti Şara ilə ardıcıl təmaslardan sonra nəyi müzakirə edə bilərdilər? Bu ardıcıllıq onu deməyə əsas verir ki, Makron-Ərdoğan telefon danışığı hansısa razılaşma ilə bağlıdır.

Məsələ burasındadır ki, o “əlaqə” hansı zaman və məkan üçündür, çünki bizə maraqlı olan bu razılaşmanın Qafqaza çatıb-çatmayacağıdır”.

Bu arada, Türkiyə “Meteor” raketlərinin alınması ilə bağlı danışıqlar aparır və Yunanıstan baş naziri ötən gün buna görə Makrona narahatlığını çatdırmışdı. Halbuki Yunanıstan “Meteor” raketləri ilə təchiz edilmiş 24 “Rafale” təyyarəsi alıb.

Fransa həmçinin Ermənistanın silahlanmasında xüsusi rol oynayır və Azərbaycana qarşı İrəvanı qızışdırmağa davam edir.