Tayvan: Çinin 14 təyyarəsi və 6 gəmisi adaya yaxınlaşıb
![](https://adalet.az/uploads/img/posts/2025/02/09/12jpg-1739077767.jpg)
Tayvanın Silahlı Qüvvələri Çin Xalq Azadlıq Ordusunun 14 təyyarəsinin və 6 gəmisinin sahillərinə yaxınlaşdığını aşkarlayıb.
Adalet.az-ın xəbərinə görə, bu barədə Tayvanın Müdafiə Nazirliyi “X”də məlumat yayıb.
"Saat 6:00-ya qədər (Bakı vaxtı ilə saat 02:00) Tayvan ətrafında 14 təyyarəsi və Hərbi Dəniz Qüvvələrinin 6 gəmisi aşkar edilib. Doqquz təyyarə median xətti keçərək Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub. Biz vəziyyəti izləyirik və müvafiq reaksiya vermişik", - məlumatda deyilir.
Tayvanın müdafiə orqanı materik Çindən təyyarə və gəmilərin yaxınlaşmasını müntəzəm qeydə alır.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2025/02/09/55jpg-1739126343.jpg)
"Ərazilərdən imtina edib sülh bağlayan şəxs öldürüləcək" - Kuleba
![](https://adalet.az/uploads/img/posts/2025/02/09/43jpg-1739119769.jpg)
Mask "Azadlıq" və "Amerikanın səsi" radiolarını bağlamağa çağırdı
![](https://adalet.az/uploads/img/posts/2025/02/09/31jpg-1739115286.jpg)
Zelenski bir şərtlə danışıqlara razılıq verdi
![](https://adalet.az/uploads/img/posts/2025/02/09/13jpg-1739077875.jpg)