Günay Əfəndiyeva Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyini ziyarət edib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstana səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyini ziyarət edərək, nümayəndəliyin rəhbəri Yanoş Hovari ilə görüşüb.
Görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Qazaxıstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Janibek Abdraşov, Qırğızıstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Talantbek Kuşçubekov, Türkiyənin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Gülşen Karanis Ekşioğlu, Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Görüşdə türk xalqları tərəfindən əsrlərdən bəri yaşadılan dəyərlərin mühafizəsinin və tanıdılmasının müasir dövrdə Türk Dünyası üçün önəminə toxunulub. Türk Əməkdaşlıq Təşkilatlarının geniş miqyaslı beynəlxalq fəaliyyətində Macarıstanın da aktiv rol oynadığı bildirilib. Ölkə ilə Türk Dünyası arasında günü gündən daha da güclənən qarşılıqlı əlaqələrin inkişafına yönəlmiş mümkün birgə layihələr haqqında müzakirələr aparılıb.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türkiyə Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Yıldız Sarayı Fotoşəkil Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” sərgisinin albomlarını diplomatik nümayəndəliklərin rəhbərlərinə hədiyyə edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstanın “M5” mədəniyyət kanalına Fond ilə təşkilatın müşahidəçi üzv ölkəsi Macarıstan arasındakı münasibətlər, eləcə də ümumtürk mədəni irsinin təbliği yönündə həyata keçirilmiş layihələr haqqında müsahibə verib.
Digər Xəbərlər

Kuklaçılar beynəlxalq festivala gedir

Bu gün IX Muğam Televiziya Müsabiqəsi başlayır

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTOLAR

GƏNCLƏRLƏ GÖRÜŞ

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR + YENİLƏNİB

Bakı Xoreoqrafiya Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilib

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR
