Hantavirus COVID-19-dan təhlükəlidir? – Alimdən AÇIQLAMA
"Hantavirus insanlar üçün COVID-19 qədər təhlükə yaratmır".
Adalet.az-ın xəbərinə görə, bunu rusiyalı tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin baş elmi işçisi Valeri Litvinov "RİA Novosti"yə müsahibəsində deyib.
O, izah edib ki, koronavirus minimal təmasla insandan insana ötürülür və bu, olduqca tez baş verir:
"Hantavirus üçün isə bu, xarakterik deyil. Sözügedən virus təbii ocaqlı infeksiyadır və heyvanlarla əlaqəlidir. Daşıyıcılar - siçanlar və siçovullar xəstəliyi simptomsuz keçirirlər".
Onun sözlərinə görə, gəmiricilər yalnız müəyyən hantavirus növlərinə yoluxduqları zaman ölürlər. Virusoloq vurğulayıb ki, insanlarda bir qayda olaraq xəstəlik ağır keçmir.
Xatırladaq ki, mayın 10-da İspaniyada göyərtəsində hantavirus epidemiyası baş verən "MV Hondius" kruiz laynerindən (gəmisindən) sərnişinlərin təxliyəsinə başlanılıb. Onların 14 ispaniyalıdan ibarət ilk qrupu Madriddəki xəstəxanaya göndərilib. İspaniya Səhiyyə Nazirliyindən bildirilib ki, həmin şəxslərin arasında infeksiya əlamətləri olan insanlar yoxdur. Lakin əvvəllər gəmidə xəstəliyə yoluxma halları aşkar edilmiş və üç sərnişin ölmüşdü./Oxu.az
Digər Xəbərlər
16 Iyun 2026 11:34
Artıq çəki diz və bud oynaqlarınızın ən böyük düşmənidir - XƏBƏRDARLIQ
16 Iyun 2026 11:33
Oynaq ağrılarının əsas səbəbi nədir? – SN-nin travmatoloq-ortopedindən AÇIQLAMA
13 Iyun 2026 09:05
İsti havalarda nə qədər su içməliyik?
12 Iyun 2026 10:18


Bakı -°C

