Heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı
Kyoto Universitetinin tədqiqatçıları dişlərin yenidən çıxmasını təşviq edən dərmanın insanlar üzərində sınaqlarına keçiblər.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, yapon alimləri itirilmiş dişlərin bərpasına kömək edə biləcək bir dərmanı 2030-cu ilə qədər satışa çıxarılacağını açıqlayıblar.
İnsan bədənindəki ən sərt quruluş olan diş minası, sınıq sümüklərdən fərqli olaraq özünü bərpa edə bilmir.
Lakin, bu yeni hazırlanmış müalicə üsulu diş itkisinə qarşı mübarizədə inqilab etmək potensialına malikdir. Kyoto Universitetində hazırlanan dərman, "USAG-1" adlı bir zülalın təsirini bloklamağa yönəlib.
Xərçəng müalicəsində tez-tez istifadə olunan monoklonal antikor texnologiyasından istifadə edərək yeni bir formula hazırlanmışdır.
Müalicə, USAG-1 ilə sümük inkişafında iştirak edən zülallar arasındakı qarşılıqlı təsiri kəsərək bədənin diş bərpası mexanizmini aktivləşdirməyi hədəfləyir.
Heyvan təcrübələrində yeni dişlərin əmələ gəlməsinin uğurla müşahidə edildiyi açıqlanıb. Dərmanın insanlar üzərində ilk klinik sınaqları 2024-cü ilin sentyabr ayında başlayıb.
Tədqiqat qrupu, klinik sınaqların planlaşdırıldığı kimi davam edəcəyi təqdirdə, dərmanın 2030-cu ilə qədər geniş şəkildə əldə edilə biləcəyini təxmin edir.
Digər Xəbərlər
25 Iyun 2026 10:40
SN qanvermə aksiyası ilə bağlı məlumat yaydı
24 Iyun 2026 17:40
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
24 Iyun 2026 11:26
Hər gün ət yemək ziyandı?
24 Iyun 2026 10:23
NARKOMANİYA – UÇRUMA APARAN YOL
23 Iyun 2026 10:04
Elektron səhiyyədə inqilab: Tibbi məlumatlar vahid mühitdə toplanacaq
21 Iyun 2026 15:51
Hər gün istifadə etdiyimiz bu qida - İnsult riskini artırır
21 Iyun 2026 13:16
İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
19 Iyun 2026 16:06


Bakı -°C

