13 Iyul 2024 10:17
315
DÜNYA

İsrail “HƏMAS”ın daha bir rəhbər şəxsini məhv edib

İsrail Müdafiə Qüvvələri Fələstinin “HƏMAS” radikal qruplaşmasının yüksək rütbəli nümayəndəsi Hossam Mənsurun öldürüldüyünü açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hava zərbələri nəticəsində məhv edilən Mansur “HƏMAS”ın daxili təhlükəsizlik şöbəsinə rəhbərlik edib.

Bundan başqa, Mənsur humanitar fəaliyyət adı altında terrorizmi maliyyələşdirən “Əl-Xeyr” təşkilatının direktorlarından biri olub.