Lüvəsər kəndinin “PASPORTU”
Bu yaxınlarda Lənkəranın daha bir yaşayış məntəqəsi haqqında kitab işıq üzü
görmüşdür. “Dağlara sığınan Lüvəsər” adlanan kitab adından da göründüyü kimi
Lüvəsər (Lüəsə) kəndindən bəhs edir. Rayon mərkəzindən 7 km cənubda, Talış
dağlarının ətəyində yerləşən Lüvəsər Lənkəranın kiçik kəndlərindən sayılır. Ərazisi
187 hektar, əhalisi 1400 nəfərdir.
Kitabın müəllifi tanınmış jurnalist-publisist, 60-a qədər kitab müəllifi, “Aşkarlıq”
qəzetinin baş redaktoru, yazdığı kitab və məqalələrinə görə lənkəranşünas
adlandırdığım Hacı Etibar Əhədovdur. Kitab Moskvada yaşayan lüvəsərli sahibkar-
xeyriyyəçi Fəxrəddin Nüsrət oğlu Məmmədovun maddi dəstəyi hesabına 200
tirajla 2022-ci ildə Bakıda, “OL” MMC mətbəsində çap olunmuşdur. Kitabın rəyçisi
İbrahim Cəfərov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Ayətdin Əliyevdir.
13 bölmədən ibarət olan 140 səhifəlik “Dağlara sığınan Lüvəsər” kitabında
Lüvəsər kəndinin coğrafi mövqeyi, tarixi keçmişi, Lüvəsər toponimi və kəndin
mikrotoponimləri, iqtisadiyyatı, mədəniyyəti, səhiyyəsi, sosial obyektləri, tanınmış
insanları və digərləri barədə məlumat verilmişdir.
“Dağlara sığınan Lüvəsər” kəndlə bağlı yazılan ilk kitab olduğundan onu
Lüvəsərin “pasportu” adlandırmaq olar.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan və regionşünaslığa töhfə olan
“Dağlara sığınan Lüvəsər” kitabından şagirdlər, tələbələr, magistrlər, doktorantlar,
müəllimlər, tədqiqatçılar istifadə edə bilərlər.
Müəllifi təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Əminəm ki,
kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq və bu müəllifin oxucularla son
görüşü olmayacaqdır.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi
Digər Xəbərlər
04 Aprel 2026 15:05
Aqil Abbasın "Rəmiş"i, yaxud ruhun sınağı - Elnarə AKİMOVA yazır
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24


Bakı -°C

