adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Macarıstanın baş naziri də falçılar kimi "proqnoz" verir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
356 | 2024-04-23 10:04

Orban: "Ukrayna müharibəsi 2035-ci ildə bitə bilər...

 Artıq falçıların, oncəgörücülərin, ekstrasenslərin Ukrayna savaşının nə vaxt bitəcəyi ilə bağlı verdikləri proqnozların özünü doğrulmadığını görən Macarıstanın baş  naziri Viktor Orban da, "nə olar, nə olmaz" deyib, müharibənin nə vaxt bitəcəyi ilə bağlı bir tarix də o söyləyib.

"Əgər Avroparlamentinə və ABŞ-da prezident seçkilərində, münaqişənin sülh yolu ilə həll olunmasının tətəfdarları qalib gələrlərsə, Ukrayna müharibəsi 2025-ci ilin sonunadək həll oluna bilər"- deyə Macarıstanın bsş naziri bildirib.

Orban, avropanın hazırki siyasi liderlərini və ABŞ prezidenti administrasiyasını, münaqişənin aqressiv fazasında  Ukraynaya maliyyə və hərbi köməklik göstərməkdə günahlandıtlb. 

 "Beləliklə, gələcəkdə keçiriləcək iki mühüm seçkilərdə, Allahın da  köməkliyi ilə həm Avropada, həm də Birləşmiş Ştatlarda sülhpərvər liderlər qalib gələrlərsə, biz 2025-ci ilin sonunadək münaqişələri sülh yolu ilə həll edə bilərik"-deyə Orban Facebook səhifəsində yazıb.

"Brüssel hazırda özünü elə aparır ki, guya kart oyununda uduzur və ona görə də "stavkanı" daima qaldırmaqda davam edir ki, uduzduqlarını geri qaytarsın. Düşümürlər ki, onlar bununla bütün Avropanı müharibəyə sürükləyirlər"- deyə bildirən baş nazir, qeyd edir ki, Vaşinqton da bu məsələdə analoji məntiqlə çıxış edir.

"ABŞ-da növbəti prezident seçkilərində müharibə tətəfdarı namizədlə, sülh tətəfdarı namizəd mübarizə aparacaqlar. Əgər bu seçkilərdə sülh partiyası qalib gələrdə, biz Amerikadan da sülh yolunda dəstək ala biləcəyik"- deyə Orban əlavə edib.

Macarıstanın baş naziri postunda əyləşən bir adamın bu qədər xəyalpərəst praqnozlar verməsi təəcüb doğurur. Orbanı başa düşmək olmur. Avropanın göbəyində oturub, Avroparlamentə düşməyə can atan "müharibə allahına" sitayiş edənləri görməməzlikdən gəlmək və yaxud ABŞ-da keçiriləcək prezident seçkilərində iki namizəddən hansısa birini "sülhpərvər" namuzəd adlandımaqla,  baş nazirin nəyə ümid etdiyi də anlaşılmır. 

ABŞ başda olmaqla, Ukraynanı sözün əsl mənasında  "zibilə"  salan Qərbin aparıcı dövlətləri,  heç bir halda müharibənin sülh yolu ilə bitməsini istəmirlər. Bu dövlətlərin liderləri  mütamadi olaraq verdikləri bəyənatlarında bunu açıq şəkildə nümayiş etdirirlər. 

Elə son günlərdə, həm Avropa İttifaülnın, həm də ABŞ-ın Ukraynaya hərbi yardım məqsədiylə on milyardlara dollar əlavə maliyyə ayırmaları da göstərir ki, bu müharibə heç bir halda yaxın illərdə bitməyəcək. 

 

  • May:
  • 3

TƏQVİM / ARXİV