adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ABŞ Yaxın Şərqi qarışdırmaqda israrlıdır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
369 | 2024-04-15 09:13

Son günlər İranla İsrail arasında yaşanan gərginlik, nisbətən səngiməyə başlayır. Həm İran tərəfi, həm də İsrail tərəfi bu gərginlikdən "qalib" çıxdıqlarını bəyan edirlər. Əslində isə "qalib tərəf" yenə ABŞ oldu. Yəni "kazinolarda" olduğu kimi, "fişkaları istər ağa düz, isyərsə də qaraya, udan yenə kazino olacaq"

Birləşmiş Ştatların Yaxın Şərqdə vəziyyəti gərginləşdirmək planları "bəhrəsini" verməkdədir. İsrailin Dəməşqdə İranının diplomatik korpusuna raket hücumu və bu hücumun nəticəsində həmin vaxt konsulluqda olan altı yüksək rütbəli İran hərbiçisinin qətlə yetirilməsi, İran rəhbərliyini cavab vermək məcburiyyətində qoydu. İranın Ali dini rəhbəri bu hücuma ağır cavab veriləcəyini bəyan etdi və bu da təbii ki, ABŞ-ı narahat etməyə bilməzdi. 

Bayden administrasiyası hərəkətlərini davam etdirməklə yanaşı, eyni zamanda "simasını " saxlamağa, böhranın daha da genişləndirilməsinə imkan verməməyə çalışır. Təbii ki, Vaşinqton İsrailə göstərdiyi dəstəyi dayandırmaq fikirində deyil, lakin eyni zamanda böhranın "qırmızı xətti" keçməsinə də imkan vermək niyyətində deyil. 

İranın özünün birbaşa İsrailə hücum edəcəyi gözlənilməsə də, bunu proksi-elementləri sayılan Yəmən Hüsilərinin, HƏMAS-ın, Livanda fəaliyyətdə olan "Hizbullahın" və yaxud da İraqdakı şiyə qruplaşmalarının əli ilə həyata keçirəcəyi heç kimdə, o cümlədən Birləşmiş Ştatlarda da şübhə döğurmurdu. Okeanın o tayında da bilirdilər ki, İran bu qüvvələrdən istifadə edərək birbaşa və yaxud da ən azı zərbəyə qarşı zərbə ilə cavab verəcək. 

Göründüyü kimi, İran İslam Respublikasına həm xaricdən, həm də daxildən ciddi təyziqlər var. Buna görə də,  İran rəhbərliyi vəziyyəti obyektiv qiymətləndirməyə çalışır. Eksperlərin fikirincə, İranın bu günki gündə riskli, uzun davam edəcək müharibəyə iqtisadi gücü yetməyə bilər. Bunu yaxşı anlayan İran rəhbərliyi əsasən steateji qələbəyə köklənir. Lakin, İsrailə qisas zərbəsi endirməkdən geri çəkilmək fikirində olmadığını da nümayiş etdirirdi. "Qisas zərbəsi" raket hücumları ilə, və yaxud mobil qruplar tərəfindən də həyata keçirilə bilərdi ki, Tehran məhz dronlar və raket zərbələri ilə bunu etməyə çalışdı. 

Bildiyimiz kimi, rəsmi Tehran uzun illərdir ki, İsraili "yer üzündən silməklə" hədələyirdi. Lakin hərbi ekspertlərin fikirincə, İran, hazırda iqtisadi təyziqlər altında bu prossesi başlamağa risk edə bilməz.

İranın dəstək verdiyi Fələstinin HƏMAS qruplaşması İsrail ordusuna və iqtisadiyyatına ciddi zərbələr vunmağı bacarır. Amma göstərilən beynəlxalq kömək İsrailin hələ də ayaqda qalmasına güclü təkan verir. Ona görə də belə qənaətə gəlmək olar ki, vəziyyəti gərginləşdirmək heç bir halda İranın planlarına daxil ola bilməz. 

 Netanyahu hökuməti isə, əksinə eskalasiyada maraqlıdır. Münaqişə uzandıqca, İsrail iqtisadi, siyasi və media sahələrində onun hökumətinə qarşı təyziqləri və təhdidləri ikinci plana keçirir. Ona görə də, Netantahu münaqişənin uzanmasını İrana hücum etməklə, yaxud Rəfaha qarşı hərbi əməliyyatlara başlamaqla, yeni səviyyəyə qaldırmaq  istəyir. Çünki Netanyahu bilir ki, vəziyyətin stabilləşməsi ölkədə onun hökumətinə qarşı etiraz dalğalarının və təyziqlərin  artmasına gətirib çıxaracaq. 

ABŞ-ın Yaxın Şərq üzrə çalışan institutları bütün bunları dəqiqliklə hesablayır, ona görə də məsələyyə ciddi yanaşır və "Vostok delo tonkoye" (Şərq incə məsələdir) prinsiplərindən yararlanaraq, planlarının nəzarətdən çıxmaması üçün ara-sıra müəyyən redaktələr etməyi də unutmurlar.
Onlar, hələ ki, Netanyahu hökumətini böhranın daha da qızışdırılması cəhdlərindən çəkindirməyi bacarırlar. 

Görünən odur ki, ABŞ, Ukrayna cəbhəsində olduğu kimi, Yaxın Şərqdə də gərginliyi mümkün qədər uzatmağa çalışacaq, bunun üçün İran torpaqlarına əsgər göndərməkdən başqa, qalan  bütün imkanlarından istifadə edəcək...

Gücdən düşmüş, zəifləmiş, böhran içində çabalayan hakimiyyətlərin, dövlətlərin üzərində hökmüranlıq etmək "Sem dayının" çoxdankı arzusudur... İnşallah arzusu gözündə qalar...

 

TƏQVİM / ARXİV