adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Rusiya-Ukrayna müharibəsində ABŞ qalib gələcək... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
379 | 2024-04-09 09:36

Böyük Britaniyanın "Birləşmiş krallığın müstəqilliyi Paruyasının" və "Brexit Partiyasının" keçmiş lideri Nəcəf Fərəc bildirir ki, "Biz Ukraynaya hərbiçilərimizi göndərə bilərik və bununla da Üçüncü Dünya müharibəsini qazana bilərik, mən bunun əleyhinə deyiləm... Mən Putinin də etdiklərini qəbul etmirəm... Lakin biz bütün bunların sonunun nə ilə bitəcəyi barədə düşünməliyik. Əgər biz düşünsək ki, bu Ukraynanın qələbəsi olacaq, "bişmiş toyuğun da gülməyi gələr".

 "Telegraph" qəzeti  keçmiş partiya liderinin sözlərini misal gətirərək qeyd edir ki, Böyük Britaniya hazırda elə bir vəziyyətdə deyil ki, Ukrayna Silahlı qüvvələrinə silah-sursat göndərsin. Həmçinin Birləşmiş Ştatların da bir çox siysətçiləri Kiyevin sonsuzluğa qədər silah-sursat və pulla təmin edilməsinin əleyhinədirlər.

Fərəc hesab edir ki, ən kəskin tədbirlərlə belə Rusiya ilə ticarət əlaqələrinin aparılması ikiüzlülükdür. O, daha əvvəldə bildirmişdi ki, Qərbin Rusiya Fedarasiyası ilə münaqişənin sülh yolu ilə həlli bağlı danışıqlar aparılması  variantı barədə düşünməməsindən şoka düşüb. 

 Əslində münaqişənin sülh yolu ilə həll olunması üçün, üçüncü dövlətlər tərəfindən vasitəçilik etmək təklifləri çox olub. Həttda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu görüşün İstambulda baş tutması üçün Putin və Zelenskiylə əvvəlcəndən razılaşma da əldə etmişdi. Lakin son anda tərəflərin danışıqlar masasına oturması üçün bir-birinə qarşı irəli sürdükləri qəbul olunmaz tələbləri ücbatından bu sülh danışıqları baş tutmayıb. Rəsmi Kiyev, hətta qanunveticilik səviyyəsində Rusiya ilə hər hansı bir danışıqların aparılmasına qadağa qoyub. Rusiya isə danışıqlar masasına oturmaq üçün işğal etdiyi Ukrayna ərazilərinin Rusiyanın əraziləri kimi tanınması şərtlərini irəli sürüb.

Təbii ki, hər iki tərəfin inadları müharibənin sonsuzluğa qədər uzanacağından xəbər verir. Bundan isə udan yalnız ABŞ olacaq. Çünki, Avropanın aparıcı dövlətləri sonu görünməyən müharibədə Ukraynanı uzun müddət silah-sursatla təmin etmək gücündə olmadığını artıq büruzə verməyə başlayıb. Avropanın hərbi sənayesi uzun sürən müharibəyə hazır olmadığını göstərir. ABŞ Konqressdə isə iki palata arasında yaşanan mübarizıdə, Ukraynaya yardım edilməsi məsələsində razılıq əldə olunmayıb və yaxın gələcəkdə razılığın əldə olunacağı da gözlənilmir. Demokratların üstünlük təşkil etdikləri senatda Ukrayna üçün vəsait ayrılmasına çalışırlar. Respublikaçıların çoxluq təşkil etdikləri Nümayəndər palatasında isə əksinə, bunun qarşısı alınır.  Yəni, ABŞ tədricən özünü geri çəkilmiş kimi göstərərək Avropadakı tərəfdaşlarını irəli verir. Avropa dövlətləri isə, "uzun marafon qaçışında" çox davam gətirmək gücündə deyildir, artıq nəfəsi tükənmək üzrədir. 

Beləliklə görünən odur ki, Rusiya-Ukrayna müharibəsində qalib gələn tərəf Amerika Birləşmiş Ştatları olacaq. Çünki hər şey onların əvvəlcədən hazırladığı ssenariyə  uyğun şəkildə gedir... Artıq Rusiyaya qarşı  Çənubi Qafqazda Ermənistanla ikinci cəbhənin açılması məsələsi reallaşmağa yaxındır.  Sonra isə ehtiyac yaranarsa, Orta Asiyada Qazaxıstanla üçüncü cəbhənin açılması planı da işə düşə bilər... Müharibə isə davam edir, Ukrayna dağılır, Rusiya getdikcə iqtisadi cəhətdən zəifləyir, Avropa gücdən və "həvəsdən" düşür, İsrail-Fələstin müharibəsi Yaxın Şərqi qarışdırır və sonda Dünyanın ağasının kim olduğu müəyyənləşməyə yaxın olur. Niyə yaxın olur? Çünki qarşıda daha bir çətin Çin "səddi" var. Onun da ssenarisini Vaşinqton Tayvan üzərindən hazırlayıb həyata keçirmək niyyətindədir. 

 

TƏQVİM / ARXİV