adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

İsrail ağalarını çeynəyəcəkmi? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
552 | 2024-04-16 09:29

İsrailin baş qərərgah rəisi İranın zərbələrinə "cavab reaksiyası" veriləcəyini vəd etdi

İsrailin baş qərırgah rəisi, general-mayor Hertsi Halavi Nabatimdə HHQ-nin aviabazasını ziyarət edərkən bəyın edibdi ki, İranın İsrailə pilotsuz uçuş aparatları və raketlərlə hücuna cavab reaksiya verəcək və gələcək addımları  müəyyənləşdirəcək.

"Biz ərazilərimizə çoxlu sayda raker zərbələri endirilməsinin cavabını verəcəyik"-deyə "Ynet" potalı generaın bəyənatını yayıb.

"İran İsrail dövlətinin strateji imkanlarına zərbə vurmaq istəyirdi"-deyə bildirən Halevi, qeyd edib ki, əvvəllər bu cür hallar baş verməyib.

"İsrail irəli baxır, biz atılacaq addımlarımızı düşünürük və İsrailin ərazilərinə raket hücumları cavabdız qalmayacaq"- deyə baş qərərgah rəisi əmin edib.

Xəbər verdiyimiz kimi, İsrailin baş naziri Benyamin Netanyahu bildirmişdi ki, ABŞ prezidenti Co Baydenlə məsləhətləşmələrdən sonra, İranın raket hücumlarına cavab verməmək qərara alındı. (yəni "xozeyn" icazə vermədi...R.H.) Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken də qeyd edib ki, ABŞ bundan sonra Yaxın Şərqdə münaqişənin eskslasiyasına imkan verməməyə çalışır. Dövlət katibinin sözlərinə görə, Tehranın hücumu göstərdi ki, İsrail təkbaşlna müdafiə olunmamalıdır.

Ağ Evin milli təhlükəsizlik komitəsinin strateji kommunikasiyalar üzrə kordinatoru Con Kirbi məsələyə aydınlıq gətirərək bildirib ki, ABŞ İsrailin İranın hücumlarına cavab verəcəyinə  qərar verib-verməyəcəyini bilmir. Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlamasını istəmir və İranla münaqişə axtarmır.

İndi əsas məsələ odur ki, bütün baş  verənlərdən sonra İsrail okeanın o tayındakı müttəfiqlərinin (ağalarının) sözünü çiynəyib, İranın raket hücumlarlna cavab verəcəkmi? Cavab verməyə qalxacaqsa, bunun İranla genişmiqyaslı müharibəyə başlaması olduğunun fərqindədirmi? Yoxsa bu bəyənatlar sadəcə İsrail xalqının qəzəbini soyutmaq üçün verilən vədlərdir? 
  
 Xatırladırıq ki, İsrailin İranın Dəməşqdəki diplomatik korpusuna hücumundan sonra, İran tərəfi də, ən yüksək səviyyədə İsrailə qarşı kəskin bəyənatlarla çıxış etmişdi. Az qala "böyük müharibənin" başlayacağı anonsunu vermişdi. Lakin İsrail ərazilərinə-uğurlu, ya uğursuz- raket hücumlarından sonra, bu hücumların məhdud çərçivədə planlaşdırildığını bəyan edərək, İranın bundan sonra İsraillə eskalasiysya getməyəcəyini açıq şəkildə nümayiş etdirmişdi. 

Yəni hələlik Yaxın Şərqdə də, vəziyyət Ukrayna cəbhəsində olduğu kimi, ABŞ-ın istədiyi məcarada davam etməkdədir. Münaqişələr nəzarətdən çıxmır, gərginliyin artmasına imkan verilmir, yalnız  Birləşmiş Ştatlarln planına uyğun  olaraq qeyri-müəyyən sonsuzluğa qədər davam edir...

 

TƏQVİM / ARXİV