"Kinoya vəsait ayrılmaması çox böyük təhlükə yaradır" - Polad Bülbüloğlu
"Bu büdcə ilə biz gələn il yaşamalı, inkişaf etməliyik. Mədəniyyət sahəsi elə sahədir ki, nə qədər pul ayırsan da, ona çatmayacaq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda minlərlə abidə var və onların üzərində iş aparmaq çox vacibdir: "Təbii ki, hamısını birdən eləmək olmaz. Amma planla üzərlərində işləmək olar".
P.Bülbüloğlu qeyd edib ki, gələn il büdcədən kino sahəsinə vəsait ayrılmayıb: "Büdcədə vəsait nəzərdə tutulmayıb. Bunun səbəblərini bilmirəm. Azərbaycan kinosunun böyük ənənələri və dünyada səs salmış filmləri var. Bizim gözəl film nümunələri var ki, bütün dünyada tanınıb. Belə halda kinoya heç bir vəsait ayrılmaması çox böyük təhlükə yaradır".
Digər Xəbərlər
10 Dekabr 2025 16:57
Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib
10 Dekabr 2025 13:09
Müxlis Cənizadənin xatirə günüdür
10 Dekabr 2025 12:29
Rza Rzayev: “Elə şərtlərlə fəaliyyət göstərəcəklər ki…”
10 Dekabr 2025 09:56
Türk Mədəniyyəti və İrsi Fondu ICESCO ilə memarandum imzaladı
09 Dekabr 2025 18:40
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
09 Dekabr 2025 14:19
Azərbaycan mədəniyyətində niyə dövlətin bütün resursları "Hüseynova bacılarına" xərclənir?
09 Dekabr 2025 13:54
“İnsan Ruhunun Boş Lövhədən Kamilliyə Doğru Səyahəti”
08 Dekabr 2025 13:26


Bakı -°C

