Naxçıvanda müəllimlərin sertifikasiyası üzrə imtahanları başlanılıb
Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
Naxçıvan Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, test imtahanına alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya, biologiya, fizika, ibtidai sinif, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri olmaqla, ümumilikdə 2772 nəfərin cəlb olunması nəzərdə tutulub.
Bildirirlib ki, 2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1315 təhsilverən iştirak edib. İki gün ərzində 99,2 faiz iştirak qeydə alınıb. İmtahanda iştirak edən namizədlərdən 512-si 51–60 bal aralığında nəticə göstərib, 9 nəfəri isə ən yüksək nəticə — 60 bal toplayıb.
Qeyd olunub ki, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə növbəti test imtahanları mayın 10-da fizika, ibtidai sinif, coğrafiya, mayın 11-də isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri üçün təşkil olunacaq.
Digər Xəbərlər
13 May 2026 12:58
Nazirdən kollec və universitetlərlə bağlı ƏMR
13 May 2026 11:19
ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib
13 May 2026 11:07
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
13 May 2026 10:32
DİM fənn olimpiadalarının qaliblərinə müraciət edib
13 May 2026 10:21
Yeni rektor Qazaxıstan nümayəndə heyəti ilə görüşüb - FOTO
12 May 2026 12:59
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verildi
10 May 2026 17:36
Azərbaycan Universitetində Heydər Əliyev anıldı
10 May 2026 12:26


Bakı -°C

