Mənim ədəbi həyatımda xalqımızın bir- birindən dəyərli insanlarının izi və sözü var. Yəni həmin insanlar diqqətlərini, xüsusilə xoşməramlı iradlarını, təkliflərini, məsləhətlərini heç vaxt məndən əsirgəməyiblər. Özüm və sözümlə bağlı fikirlərini həmişə və hər yerdə birmənalı şəkildə ifadə ediblər. Onların fikirləri həm mənim təqdimatım olub, həm təqdirim, həm də bu günüm- sabahım üçün açılan yol… Çətin, amma şərəfli söz yolu!...
Bu gün nə vaxtdan bəri qəlbimdə dolaşdırdığım, düyününü aça bilmədiyim, amma bunun üçün çox cəhd etdiyim bir fikirim – bir istəyim sözə çevirilməkdə israrlı idi. Bunun da iki səbəbi var. Biirncisi barəsində yazacağım bu dəyərli ziyalının, alimin həm də çox mükəmməl insanın 70 yaşı tamam olur. Bu da mənə fürsət verir ki, onun haqqında bu günə qədər demədiyim, yazmadığım, amma düşündüyüm fikirlərimi ifadə edim. İkincisi isə bu alim özünün yaradıcılığı ilə, axtarışlarıyla sözə təkcə Azərbaycan çərçivəsində deyil, dünyanın hər yerində sayğısyla məndə bir mənəvi borc yaradıb. Yəni , düşünmüşəm ki, əgər Azərbaycanın ən ucqar, necə deyərlər gözdən iraq bir güşəsində yaşayan yaradıcı adama o təmənnasız diqqət ayırırsa, həmin yaradıcın dəstəkləyib, onu ruhlandırırsa mən niyə bu kişinin barəsində öz sözümü deməyim?
Bax, bu iki səbəbin ip ucundan tutub nə vaxtdan bəriidi ki, içimdəkiləri ələyirdim. Doğrudur, bir az sağlıq durumum da problem yaratdı və mən də istər-istəməz ürəyimdə ələdiklərimi gecikdirməli oldum. Lakin indi həmin o “gecikmə” bir az arxada qalır. Mən düşüncələrimi bilgisayara köçürürəm.
Əvvəlcə xatırladım ki, onu Azərbaycanda,eləcə də türk dünyasında söz adamları yaxşı tanıyırlar. Ədəbiyyat adamları onun mövqeyini də, şəxsiyyətini də, yaradıcılığını da çoxdan qəbul ediblər. Bu il 70 yaşı olan Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə 1954-cü ilin dekabr ayının 30-da özünün ifadə etdiyi kimi “Quba bölgəsinin qədim türk obası olan İspikdə anadan olmuşdur. Burda da orta məktəi əla qiymətlərlə bitirib. Sonra o zamanın yeganə universiteti olan indiki BDU-un filologiya fakültəsinə daxil olub.
Onun tərcümeyi-halında bir məqam mənim üçün həmişə xüsusi diqqəti çəkib. Bu da hələ tələbəlik illərindən Nizaməddin müəllimin yaradıclığa, SÖZ haqqında söz deməyə olan böyük marağı idi. Yəni ədəbi tənqidə meyl etməsi hiss etdirib ki, böyük ədəbiyyatı öz ələyindən keçirəcək bir Azərbyacan ədəbiyyatşünası ortalığa çıxmaqdadır. Hətta onun ilk sanballı və diqqətçəkən “Sən kimsən müsairim?!” məqaləsini Azərbaycan jurnalında çap olunan kimi səs-küy saldı. Zənnimcə bu onun söz adamlarına indiki terminlə desəm, bir “mesaj” idi. Istər Nizami adına ədəniyyat instititunda, istər dövlət universitetində, istərsə də özünün müstəqil yaradıcılığında Nizaməddin Şəmsizadə təkcə müəllim kimi deyil, həm də elm adamı kimi sözlə davranıb. Sözü dəyərləndirib. Necə dəyərlər onun layları arasında, qatlarına işıq salmağa çalışıb. İstəyib ki, sözün məcazi mənası da öz gerçək mənası ilə paralel şəkildə oxucunun qapısını döysün. Ona məqsədlərini çatdıra bilsin.
Yaradıcılığını, çap olunmuş kitablarını izləyib, oxuduğum və tez - tez də həmsöhbət olduğum Nizaməddin Şəmsizadənin bir üsulubu mənim həmişə özünə çəkib, sanki yaxamdan tutub sirkələyidi. O "silkənmə" məndə də, həmin üsluba maraq yaradıb.. Mən də ona meyl etmişəm. Bu da öncə vurğuladığım kimi əyalət ədəbiyyatına, onun böyük diqqət göstərməsinin nəticəsidir. Həmin NƏTİCƏ adlandırdığım isə birmənalı şəkildə dünənin, bu günün və sabahın ədəbiyyatına mərkəzdən elmi nəzərlərlə yanaşmadır, baxıbv qiymətləndirmədi! . Yəni ki, təbiiki, mənə görə Nizaməddin müəllim məmləkət ədəbiyyatını eyni bucaq altında görməni təlqin edir. Mən Nizaməddin müəllimin “Estetik meyyar və bəddi mahiyyət” kitabını gözdən keçirəndə bunun bir daha şahidi oldum.
Doğrudur, burada toplanmış məqalələrin bir çoxu ilə dövrü mətbuatdan xəbərdar idim. Amma toplu halında bu kitabda mən özüm üçün çıxartdığım nəticəni açıq-aydın izləyə bildim. Kitabdakı təkcə məqalələrin sıra düzümü yox, onunların bir- birinin davamı olması formatında verilməsi də göstərir ki, Nizaməddin Şəmsizadə özünün hər zaman ifadə etdiyi ideasına sadiqdir. Beləki Nizaməddin Şəmsizadə adını çəkdiyim kitabın son üz qabığında həmin ideanı və yaxud həmin məramını bir daha oxucu üçün sərgiləyir. O yazır:
- “Mən SÖZ-ün ovsarını çəkib aparıram.
Sözümün gövhəri Turan idealıdır.
Məzmunu türk əslimə fəxarətdən yoğrulur.
Qoy türkün Qurdu həmişə ulasın.
Qurd ulayanda səadət, it ulayanda fəlakət gətirər”.
Bax bəyan olunan bu məntiq zənnimcə artıq hər şeyi deyir. Oxucu bu üç-dörd cümlə ilə onunla həmsöhbətin kim olduğunu anlayır və qəbul edir.
Deməli , kitabdakı hər bir məqalədə istər klassiklərimizin, istər çağdaş ədəbiyyat təmsilçilərimizin barəsində müəllifin yazdığı hər bir fikir səmimiyyətə, real məntiqə və bir də Azərbaycanın ədəbi ənənəsinə söykənir. Çünki, kimisə aşağılamaq, kimisə ucaltmaq yox, ədəbiyyata ədəbiyyatın gözü ilə baxıb ədəbiyyatşünasın bilgisi ilə şərh vermək ən doğru seçimdir.
Çox hörmətli professorumuz Nizaməddin Şəmsizadə kalassiklərimizə də, bizə də məhz bu prizmadan yanaşmaqla öz fikrilərini çatdırır. Onun əyalət ədəbiyyatı barəsində sanballı məqaləsi demək olar ki, Azərbyacanın bu günki ədəbi coğrafuyası özünü ifadə edib. Həmin məqalədə ölkəmizin şimal və cənubunda, şərq və qərbində- bir sözlə şəhər və kəndində yaşayan qələm adamlarının çox böyük əksəriyyəti alim fikirinə tuş gəlib. BİRAZ DA AÇIQ İFADƏ ETSƏK , professor Nizaməddin Şəmsizadə bölgələrdə yaşayan qələm adamlarının yaratdıqları əsərlərin az qala hər biri barəsində fikir söyləyib. Onları ədəbiyyatşünas ələyində ələyib. Tənqid və tədqir edib. Bu da o deməkdir ki, Nizaməddin Şəmsizadə ədəbiyyatı kənd və şəhərə bölmədən onu bir canlı varlıq kimi görür və göstərir.
Onun adını vurğuladığım kitabında təkcə ədəbi tənqidi fikirlər yox, həm də özü illə söhbətlər də yer alıb. Amma bu söhbətlər bizim başa düşdüyümüz adi,işgüzar, dost, ailə söhbətlri deyil. Bu ədəbi camiə ilə bağlı düşüncələrin fikirlərin söhbət formatında təqdimatıdır. Həmin söhbətin dinləyicisi olanda şəxsən mən professor Nizaməddin Şəmsizadənin bir növ avtobioqrafiyası ilə qarşılaşdım. Onun da müsbət cəhəti o oldu ki, həqiqətin harada olduğunu Azərbaycanın sayılan bir aliminin qələmindən öyrənə bildim.. Yəni Nizaməddin Şəmsizadə vurğuladı ki, həqiqət yalnız xəyallardadır!
Mən professor Nizaməddin Şəmsizadə barəsində bir oxucu, bir qələm adamı kimi söz demək cəsarətimi onun barəmdə yazdığı “lirik şeirin bəddi imkanları” adlı məqaləsindən aldım. Bu kitabda da yer almış həmin məqalədə Nizaməddin məllim yaradıcılığımın müsbət tərəfləriini önə çəkib. Və yaradıcılığıma dəyər verib. Məhz həmin məqalədə mənim yazmaq, oxunmaq haqqımın olduğunu oxucuya çatdırıb. Mən də haqqın verdiyi imkana söykənərək Nizaməddin müəllimi- çox dəyərli ədəbiyyatşünas alimimizi , sözün həqiqi mənasənda ədəbiyyatın bütün yükünə çiyin verən bir ZİYALIMIZI 70 yaşı münasibətilə təbrik edirəm. Və demək istəyirəm ki, onun haqqında yazmaq çox məsuliyyətli həm də çətin bir işdir.,İçimdəki Şəmsizadə işığına söykənib mən bu fikirləri mətbuat səhfəsinə çıxartdım...
Bircə ona sevindim və güvəndim ki, Nizaməddin Şəmsizadə ocağı onun özünün və davamçısı olan Fidan Nizaməddinqızının timsalında davam edir və edəcək də. Çünki böyük söz böyük düşüncənin, böyük əqidənin, böyük ürəyin işığında özünü hər kəsə göstərir.
- 70 YAŞINIZ MÜBARƏK, PROFESSOR NİZAMƏDDİN ŞƏMSİZADƏ - NUR BÖLÜŞƏN ALİM !!!