Qadın maşinisti sükan arxasında telefonla danışdığı üçün işdən çıxarıblar.
Sosial şəbədəyə yenə lov düşüb.
Yenə cəbhələrə bölünüblər.
Barikadalar qurublar.
Atışmadır.
Bir tərəf deyir, guya kişilər telefonla danışmır?
Bir tərəf deyir, qadın nədir, maşinist olmaq nədir?
Bir sözlə, Həsən kişinin dəyirmanında yenə soxasox düşüb.
Burada əsas məsələ, bu sıradan bir hadisə olduğu halda, bunun ictimailəşdirilməsidir.
Ölkədə o qədər müəssisə, qurum var ki, ayda beş-on işçi azad olunur, hamısından xəbərimiz var?
Hamısını mətbuata car çəkirlər? Yox. Heç lazım da deyil axı.
İndi qadının işdən çıxarılmağı niyə car çəkildi? Bax maraqlı olan bu məqamdır...
Gəl indi bu anarxist feministkaların əlindən yaxanı qurtar, ay Metropoliten.
Şou düzəldəcəklər ki, yeganə qadın maşinist o xanım idi, ona qarşı bullinq-zad eləmisiniz.