09 Iyul 2024 10:17
576
İDMAN

"Qarabağ" iki yoxlama oyununa çıxacaq

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirəcək.

Adalet.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşacaq.

Həmin oyun Bakı vaxtı ilə 14:30-da başlayacaq.

Günün ikinci matçında isə Azərbaycan çempionu saat 20:00-da “Viktoriya”(Plzen) ilə üz-üzə gələcək.