11 Iyul 2024 12:47
441
İDMAN

"Real Madrid" Arda Gülərin forma nömrəsini dəyişdirdi - FOTO

"Real Madrid" yeni mövsümdə bir çox futbolçunun forma nömrələrinin dəyişdiyini açıqlayıb.

Adalet.az xəbər verir ki, "Real Madrid"in türkiyəli futbolçusu Arda Gülər bundan sonra 15 nömrəli formanı geyinəcək.

Komandanın yeni transferi olan Kilian Mbappe isə Kərim Benzemanın gedişindən sonra boş qalan 9 nömrəli formanı daşıyacaq.

Qeyd edək ki, bundan əvvəl Arda Gülərin forma nömrəsi 24 idi.