Sağlam Radio 2 yaşında!
Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edən Sağlam Radio 93 FM fəaliyyətə başlamasının iki illiyini qeyd edir.
Adalet.az-ın xəbərinə görə, iki il ərzində radio dinləyicilərə etibarlı tibbi məlumatların çatdırılması, sağlam həyat tərzinin təbliği və əhalinin tibbi maarifləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərib. Bu müddətdə efirdə yüzlərlə həkim, Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri və rəsmi nümayəndələri çıxış edərək vətəndaşları maraqlandıran mövzular ətrafında məlumat verib, onların suallarını cavablandırıblar.
Sağlam Radio 93 FM qısa müddətdə ölkədə səhiyyə sahəsində ixtisaslaşmış aparıcı media platformalarından birinə çevrilərək, tibbi maarifləndirmə və ictimai sağlamlığın təşviqi istiqamətində özünəməxsus yer tutub.
Qeyd edək ki, radio hazırda da dinləyicilərinə aktual səhiyyə xəbərləri, maarifləndirici proqramlar və ekspert rəyləri təqdim etməklə fəaliyyətini uğurla davam etdirir.
Digər Xəbərlər
02 Iyun 2026 11:05
Şahin Mustafayev bu Komissiyanın sədri seçildi
02 Iyun 2026 09:33
FHN əhaliyə müraciət etdi
01 Iyun 2026 12:48
Ekspert: “Orada gigiyenik qaydalar ürəkaçan olmur”
01 Iyun 2026 12:44
Azad edilmiş ərazilərdə ötən ay 284 mina aşkarlanıb
01 Iyun 2026 12:06
“Fəlakətdir, ona görə ki, biz uşaqlıqdan tez çıxmaq istəyirik...”
01 Iyun 2026 11:10
Tək-tək siqaret satanlarla bağlı ciddi tədbir görülməlidir - Ekspert
01 Iyun 2026 11:10
“Adam siyasi prosesləri məzhəbinə görə dəyərləndirir...”
01 Iyun 2026 09:43


Bakı -°C

