SDU-nun yeni rektoru kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Adalet.az-ın məlumatına görə, 63 yaşlı Nurəli Yusifbəyli bu təyinatadək Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru idi.
O, enerji sistemləri və strateji planlaşdırma sahəsində tanınmış alim və yüksək səviyyəli idarəçidir. Texnika elmləri doktoru və professor elmi dərəcələrinə malikdir və elektroenergetika, enerji təhlükəsizliyi və dayanıqlı enerji sistemləri sahəsində geniş elmi və praktiki təcrübəyə sahibdir.
N.Yusifbəyli “Azərenerji” ASC-də yüksək rəhbər vəzifələrdə, o cümlədən Mərkəzi Dispetçer İdarəsinin rəisi kimi çalışıb, enerji sistemlərinin idarə olunması və inkişafında mühüm rol oynayıb. Daha sonra o, dövlət idarəçiliyində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyində strateji planlaşdırma istiqamətinə rəhbərlik edib, həmçinin Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar mühəndisi", 21 oktyabr 2014-cü il Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adlarına layiq görülüb.
Digər Xəbərlər
13 May 2026 12:58
Nazirdən kollec və universitetlərlə bağlı ƏMR
13 May 2026 11:19
ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib
13 May 2026 11:07
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
13 May 2026 10:32
DİM fənn olimpiadalarının qaliblərinə müraciət edib
13 May 2026 10:21
Yeni rektor Qazaxıstan nümayəndə heyəti ilə görüşüb - FOTO
12 May 2026 12:59
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verildi
10 May 2026 17:36
Azərbaycan Universitetində Heydər Əliyev anıldı
10 May 2026 12:26


Bakı -°C

