12 Iyul 2024 19:31
355
HADİSƏ

Sumqayıtda marşrut avtobusu TIR-la toqquşub: 12 nəfər xəsarət alıb - YENİLƏNİB

Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.

Bu barədə Adalet.az-a Mərkəzdən məlumat verilib

"Hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.

17:40

Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər xəsarət alıb.

Adalet.az-ın məlumatına görə, Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. 3 nömrəli marşrut avtobusu yük maşını (TIR) ilə toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb./report

Faktla bağlı araşdırma aparılır.