UNEC QS Dayanıqlılıq Reytinqi 2024 üzrə Azərbaycanda birincidir!
İkinci dəfə hazırlanan QS Dayanıqlılıq Reytinqi 2024 (QS Sustainability Ranking) açıqlanıb.
95 ölkədən 1403 universitetin iştirak etdiyi reytinqdə UNEC ilk dəfə olaraq yer alıb. UNEC Azərbaycanda 1-ci, Asiyada 327-ci, dünyada isə 1051-1100-cü universitet olub.
QS Dayanıqlılıq Reytinqi üç əsas hissədən ibarətdir: Ətraf mühitə təsir faktoru, Sosial təsir faktoru və İdarəetmə.
UNEC "Ətraf mühit dayanıqlılığı" göstəricisi üzrə dünyada 305-ci, "Bərabərlik" göstəricisi üzrə 638-ci və "İdarəetmə" göstəricisi üzrə isə 504-cü universitetdir.
Reytinqi müəyyən etmək üçün istifadə edilən məlumatların 29 faizi universitetlər tərəfindən təqdim edilir, 71 faizi isə QS tərəfindən rəsmi mənbələrə və ölkənin dayanıqlılıq üzrə beynəlxalq reytinq göstəricilərinə istinadən toplanır.
QS Dayanıqlılıq Reytinqi QS Dünya Reytinqində (QS World University Rankings) 5 faiz paya malikdir.
Digər Xəbərlər
30 Dekabr 2025 21:30
Deputat müəllim kimi işləməyə BAŞLADI
30 Dekabr 2025 21:03
Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar verildi
30 Dekabr 2025 13:21
Bu il 3416 müəllim MİQ-də qazanaraq işlə təmin olunub
30 Dekabr 2025 13:07
Azad olunmuş ərazilərdə 21 ümumi təhsil müəssisəsi tikilib
27 Dekabr 2025 13:05
LDU-da “Yeni il karnavalı” - FOTOLAR
25 Dekabr 2025 17:37
Müəllimlərin NƏZƏRİNƏ: sertifikasiya imtahanının mövzu və sualları məlum oldu
25 Dekabr 2025 12:17
Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlandı
24 Dekabr 2025 10:21


Bakı -°C

