05 Avqust 2024 11:05
94
ƏDƏBİYYAT

Dünya Qarabağlı: Yoldaşdı dostlar

Dost bir olsa dağ oynadar yerindən, 

Dağı,daşı silər atar dərindən.

Qoruyaq dostluğu namərd şərindən.

Köməkdi,dayaqdı,sirdaşdı dostlar.

Ən çətin anlarda yoldaşdı dostlar.

******

Dostluq böyük bir hisdi,böyük bir addı,

Dönüklük dostluğa inan ki,yaddı,

Namərdlik dostluğun adın qaraltdı,

Köməkdi,dayaqdı,yoldaşdı dostlar.

Ən çətin anlarda sirdaşdı dostlar.

******

Bu hislər yoxdursa dostun birində,

Dostuna dost deyər yalnız dilində,

Ancaq,peşman olar günün birində.

Köməkdi,dayaqdı,yoldaşdı dostlar.

Ən çətin anlarda sirdaşdı dostlar.

******

Mən də bir insanam dostlarım vardı,

Yamanın yerləri qəlbimdə dardı.

Yaxşının həmişə yeri bahardı.

Köməkdi,dayaqdı,yoldaşdı dostlar.

Ən çətin anlarda sirdaşdı dostlar.

******

Tezliklə yurduma qovuşacağam,

Vəfasız bir dostan danışacağam,

De,cəzası nədir?-soruşacağam.

Köməkdi,dayaqdı,yoldaşdı dostlar.

Ən çətin anlarda sirdaşdı dostlar.

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.