“Azərbaycanda rəqəmsal sektorun həcmi 3.3 milyard manatdır...”
“Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Azərbaycan regionda rəqəmsal xidmətlərdən sıx istifadə edən dövlətlərdəndir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, rəqəmsal arxitektura məhsuldarlığı və səmərəlliyi artıran strateji qərarlar qəbul etmək üçün dataya əsaslanaraq informasiya texnologiyası, kibertəhlükəsizlik və iqtisadi inkişafı əlaqəndirir:
“Bu idarəetmədə səmərəlliyi və şəffaflığı daha da artıraraq biznesin inkişafı üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi ölkəmizin süni intelekdən istifadə daxil olmaqla rəqəmsal iqtisadiyyatın inkişafının prioritet olduğunu bir daha təsdiq edir. Rəqəmsal iqtisadiyyatın qlobal həcmi ötən il əvvəlki il ilə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollaradək yüksəlib. Amerika Birləşmiş Ştatları 25 faizlə qlobal rəqəmsal iqtisadiyyatda ən çox paya malik olan dövlətdir”.
V.Bayramov deyib ki, Bakıda imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” ABŞ ilə Azərbaycan arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşməsinə imkan yaradacaq:
“Azərbaycanda rəqəmsal iqtisadiyyatın həcminə gəldikdə isə, qeyri-neft ümumi daxili məhsulunun (ÜDM) 2.8 faizi informasiya kommunikasiya texnologiyası (İKT) sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3.3 milyard manatdır. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyasının” strategiyanın icrası nəticəsində iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması, eləcə də Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49
"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
11 Mart 2026 12:41
"Risklərin aradan qaldırılmasına dair 8 standart hazırlanıb" - Nazir müavini
11 Mart 2026 11:28
"Strateji hədəflərdən biri ölkəmizi regionda süni zəka üzrə mühüm mərkəzə çevirməkdir" - Nazir
11 Mart 2026 11:12
“İran hazırda öz neftini sata bilmədiyinə görə...” – Politoloq
11 Mart 2026 10:57
“Xalq Sığorta” şikayətlərə görə “lider” oldu - SİYAHI
11 Mart 2026 09:31


Bakı -°C

