15 Iyul 2024 11:32
170
DÜNYA

"Tramp artıq qalib gəlib" - Medvedev

"Tramp artıq qalib gəlib". 

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb. 

 O, ABŞ-nin keçmiş prezidenti, builki seçkilərdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdinə toxunub: "O, artıq qalib gəlib, əgər öldürülməyibsə". 

Qeyd edək ki, bəzi respublikaçılar hesab edir ki, baş verənlər seçicilərin keçmiş prezidentə dəstəyini gücləndirəcək və bu, noyabr seçkilərində öz bəhrəsini verəcək.

Xatırladaq ki, ABŞ-nin Pensilvaniya ştatında tərəfdarları ilə keçirilən aksiyada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd edilib. Sui-qəsd cəhdindən sonra Tramp xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur. 

FTB-nin məlumatına görə, atəş açan 20 yaşlı Tomas Metyu Kruks zərərsizləşdirilib. Onun bu addımının səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.