Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...

Bu gün Ağdərə rayonunun işğalı günüdür. Düz 27 il əvvəl təbii gözəlliyi, təbii sərvətləri ilə, igid, zəhmətkeş camaatı ilə təkrarsız yurdumuz olan Ağdərə Ermənistan Silahlı Qüvvələrinin və onların havadarlarının təcavüzü nəticəsində əlimizdən alındı.
Adalet.az xəbər verir ki, 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilədək mərkəzi şəhər Stepanakertdən (Xankəndi) və Şuşa, Ağdərə (Mardakert), Martuni (Xocavənd), Hadrut (1923-cü ilə qədər adı Ağoğlan olub), Əsgəran rayonlarından ibarət olub. Ağdərə (Mardakert) - Xankəndi şəhərinin 62 kilometr şimalında yerləşən bu qədim yurdumuz 1930-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yaradılıb. Azərbaycan parlamenti 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edəndə Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə adlandırılıb.
Narınclar
Narınclar Ağdərə rayonunun qərbində ən ucqar dağ kəndlərindən biridir. Kənd Qırxqız, Pirdağı dağları və məşhur Taxtabaşı adlı yer ilə əhatə olunub. Xaçınçay öz başlanğıcını bu dağlardan götürür. Narınclar kəndi həmdə Alban abidələri ilə zəngindir. Pirdağın zirvəsində böyük bir pir-ziyarətgah yerləşir. Tarixi məlumatlara görə XII-XVIII əsrdə kənd ərazisi Xaçın məlikliyinə tabe olub. 1913-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirilib.. El arasında bu yurd Kolanı Narıncları kimi tanınır. İşğala qədər 60 ev və 314 nəfər əhalidən ibarət olub. 5 şəhidi var. Əlövsət Kamran oğlu Tahirov ( hazırda Kəlbəcər rayon 29 saylı Narınclar kənd orta məktəbi Əlövsət Tahirovun adını daşıyır), Zahid Kamal oğlu Şükürov, Natiq Xurşud oğlu Abdullayev, Ələkbər Umud oğlu Əsədov, Təhməz Muxtar oğlu Baxşalıyev.

Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Nareştar olub. Ümumiyyətlə, işğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb. Narınclar kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra əhalisi respublikanın 19 rayonuna səpələnib. Hazırda 138 ailədən və ümumilikdə 513 nəfərdən ibarət narınclılar İmişli rayonunun Məmmədli kəndi yaxınlığında salınmış eyniadlı köçkün qəsəbəsində müvəqqəti məskunlaşıblar.
1992-ci ildə Ağdərə rayonu ləğv edilərkən bu kənd Kəlbəcər rayon inzibati ərazisinə aid edilib. İşğaldan əvvəl 125 ev və 553 nəfərdən ibarət olan bu kəndin əhalisi hazırda 227 evdən və 757 nəfərdən ibarətdir. Əhali 19 rayonun 38 yaşayış məntəqəsində məskunlaşıb. Xüsusən Gəncə şəhərində (50 ailə - 151 nəfər), Göygöl rayonunda (25 ailə - 75 nəfər), Şəmkir rayonunda (19 ailə - 61 nəfər), Tərtər rayonunda (39 ailə - 147 nəfər), Samux rayonunda (24 ailə - 71 nəfər), Yevlax şəhərində (22 ailə - 81 nəfər), Bərdə rayonunda (20 ailə -74 nəfər) yerləşdirilib. Qarabağ müharibəsi zamanı bu kənddən 10 nəfər şəhid, 2 nəfər isə girov olub. Şəhidlər Yunis Muxtar oğlu Məmmədov, Şakir Yunis oğlu Ağamalıyev, Hüsü Əli oğlu Alıyev, Rasim Behbud oğlu Məmmədov, Əkbər Salman oğlu Alıyev, Nadir Qara oğlu Qasımov, Vilayət Məmməd oğlu Rüstəmov, Qardaşxan Muradxan oğlu Mehdiyev (2 nəfər mülki şəhid – Yusif Əsgər oğlu Məmişov, Namiq Vəzirxan oğlu Quluşov). Nərgiz Əliabbas qızı Qasımova və Münəvvər Rəhim qızı Məmmədova ermənilər tərəfindən girov götürülüb.

Münaqişə böyüdükcə Çərəktarda vəziyyət ağırlaşırdı. Əhalini erməni cəlladlarından qorumaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə ərazi üzrə könüllülərdən ibarət batalyon yaradılıb və 126 nəfər kənd sakini bu batalyonda döyüşüb. Ağdərəyə məxsus sonuncu kənd idi və onu təbii gözəllikləri ilə dünyanın ən gözəl guşələrindən biri hesab etmək olar. Çərəktarın qədimliyini sübut edən alban memarlıq nümunəsi olan monastr qədim və orta əsr dövrlərdə mövcud olub. Abidə Qarabağın Yuxarı Xaçın ərazisində, Tərtər çayının sol sahilində yüksək dağlıq ərazidə yerləşir. Monastırın baş kilsəsi 1260-cı ildə inşa edilib. Kompleks tamamilə dağıdılıb. Kilsə düzbucaqlı plan quruluşlu olub ( 7 x 3 metr ) ikiqat tavanlı bazilikadan ibarətdir. Kilsə şərq tərəfdə düzbucaqlı ehrama malikdir.
Umudlu
Ağdərə rayonunun şimalında yerləşən yaşayış məntəqəsi – Umudlu kəndi Azərbaycanın tarixi ərazisidir. Burada orta əsrlərə aid 2 hamam,1 qala və qədim yaşayış məskəni aşkarlanıb. Tarixi abidələr, qala divarları hələ də qalmaqdadır. Əhalisi qədim türk tayfasının kolanılar qolundan ibarətdir.
Umudli kəndi respublikada ziyalıları ilə seçilib. Akif Əzizov (Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik) Yaqub Axundov ( sovet dönəmində MTN-nin Ağdam rayon şöbəsinin müdiri olub), Əhəd Kərimov (Sovet hakimiyyəti dönəmində uzun müddət Bərdənin, Ucarın 1-ci katibi işləyib), Sabir Paşayev (tanınmış pedaqoq-hazırda Umudlu kənd tam orta məktəbi bu pedaqoqun adını daşıyır).
Qeyd edək ki, II Qarabağ müharibəsinin nəticələrinə əsasən kəndlər Rusiya sülhməramlılarının nəzarəti altına keçib.
P.S Kəndlər haqqında dəqiq faktlar adıgedən kəndlər üzrə ərazi icra nümayəndəliklərindən tərəfimdən alınmışdır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...

Hesablama Palatası Turizm Agentliyində yoxlamalara başladı

Bu şəxslərə dəfn xərcləri üçün müavinət verilsin - TƏKLİF

Qanunsuz ov ətləri ilə bağlı restoranlara xəbərdarlıq edildi

"Heyvanların kəsilməsi üçün yaş həddi müəyyənləşdirilsin" - Komitə sədri

Türkiyə səfiiri şəhid ailələri ilə görüşdü - FOTO

"Artsax" bağıran II Qaregini Mirzoyan himayə edir:" Revanşist deyil!"
